Paytaxtda zavodda partlayış: ölən var

🗓 20.11.2014 13:08 ✍️ "Elçi" qəzeti
Paytaxtda zavodda partlayış: ölən var
Bakının Yasamal rayonunda ölüm faktı qeydə alınıb.1380880913_218139
Yasamal rayon prokurorunun köməkçisi Şahin İmanovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Azon zavodunda baş verib.
Belə ki, dünən saat 13 radələrində həmin zavodda çilingər işləyən 1993-cü il təvəllüdlü Əhməd Nəsrəddin oğlu Bağırov soyuducu kompressorun partlaması nəticəsində xəsarət alıb. Sinəsindən aldığı xəsarətdən Ə.Bağırov iş yerindəcə ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalar davam etdirilir.

Bənzər yazılar