Paytaxtda güllə səsi

🗓 18.04.2015 12:48 ✍️ "Elçi" qəzeti
Paytaxtda güllə səsi
86756Bakının Xəzər rayonu ərazisində güllələnmə hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 15-də saat 22 radələrində, Şüvəlan qəsəbəsi Gənc Kosmanavt düşərgəsində məskunlaşmış Laçın rayon sakini Bəxtiyar Hüseynovu yaşadığı evin qarşısında güllələnib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Hadisə barədə məlumat daxil olan kimi Xəzər rayon Polis İdarəsi və 1-ci polis bölməsi əməkdaşları əməliyyat keçirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev və Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırov tutulub. Elnur Xıdırov hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş nömrəsi və istehsal ili silinmiş 16 çaplı tək lülə ov tüfəngini könüllü təhvil verib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bənzər yazılar