Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı üçtərəfli sazişin müddəalarını pozmaqdan ittiham edib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, Paşinyan bu barədə Nazirlər Kabinetinin bu gün keçirilən iclasında məlumat verib.
“Azərbaycan üçtərəfli bəyanata zidd olaraq Dağlıq Qarabağın yaşayış məntəqələrini və ona bitişik rayonları qanunsuz olaraq işğal edib. Azərbaycan 2022-ci ilin martında analoji işğalı həyata keçirib, sülhməramlıların məsuliyyət zonasına daxil olub, yaradılmış təmas xəttini pozub və indi Azərbaycan Prezidenti bunu fəxrlə “Qisas əməliyyatı” adlandırır”.
Sərsəm açıqlamalarına davam edən Paşinyan Azərbaycanı demək olar ki, hər gün atəşkəs rejimini pozmaqda ittiham edib:
“Azərbaycan eyni zamanda Dağlıq Qarabağın olmadığını bəyan edir, bu bəyanat noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtlərinin kobud şəkildə pozulmasıdır”.
Paşinyan həmçinin qeyd edib:
“Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının 7-ci bəndini kobud şəkildə pozur. Bu və buna bənzər hərəkətlər və bəyanatlar göstərir ki, Əliyev nəinki təhdid edir, həm də Dağlıq Qarabağ ermənilərinin soyqırımını hazırlayır”, deyə Paşinyan bildirib.
Yeganə