Ermənistanın baş naziri Nikol Paşinyan Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa getməyəcək.
Elchi.az bu barədə Sputnik Ermənistan-a istinadən məlumat verir.
“Belə bir səfər nəzərdə tutulmayıb”, – deyə hökumətdən mənbəyə bildiriblər.
Qeyd edək ki, Paşinyan Davos forumunda yalnız 2019-cu ildə iştirak edib. 2022-ci ildə Ermənistanı forumda ölkənin prezident təmsil edib.
Xatırladaq ki, bu gün İsveçrənin Davos xizək kurortunda koronavirus pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra Dünya İqtisadi Forumunun sessiyası keçirilir.
Yeganə





















Son şərhlər