Papua Yeni Qvineyanın Qoroka şəhəri yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Qorokadan 42 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.
Təxminən 110 kilometr dərinlikdə qeydə alınan 6,5 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. Zəlzələ nəticəsində ölən və ya maddi ziyan qeydə alınmayıb.
Məryəm





















