Pakistanın paytaxtı İslamabadda parlament binasına daxil olan misk pişiyi bir çox ofis materialına ziyan vurub.
Elchi.az xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, parlamentarilər səhər saatlarında parlament binasına gələndə bəzi ofislərdə televizor və monitorların söküldüyünü görüblər.
Ofislərdə bu vəziyyəti görən səlahiyyətlilər qısa araşdırmadan sonra bunun vəhşi misk quşunun səbəb olduğunu anlayıblar. Misk pişiyi tapdığı çuxurdan binaya daxil olub, çıxmaq istəyərkən bir çox ofis ləvazimatlarını zədələyib.
Sosial mediada yayılan görüntülərdə parlament binasındakı ofisləri dağıdan heyvanın səlahiyyətlilər tərəfindən tutulduğu görülüb.
Sivet yenidən öz təbii yaşayış yerinə buraxılacaq.
Margalla Hills Milli Parkının ətrafında salınan İslamabadda şəhərdə vaxtaşırı vəhşi heyvanları görmək olur.
Şayəstə