Pakistan Elektron Media Tənzimləmə Qurumunun keçmiş baş nazir İmran Xanın “sui-qəsd hazırlamaq kimi əsassız iddialarla dövlət qurumlarına böhtan atması” səbəbiylə çıxışlarının televiziyada yayımlanmasına qoyduğu qadağa hökumət tərəfindən ləğv edilib.
Elchi.az xəbər verir ki, bu barədə paytaxt İslamabadda verdiyi açıqlamada Pakistan İnformasiya və Yayım naziri Meryem Aurangzeb, Baş nazir Şahbaz Şərifin göstərişi ilə Xana qarşı yayım qadağası qərarının qaldırıldığını açıqladı.
Pakistan Elektron Media Tənzimləmə Təşkilatı (PEMRA) dünən verdiyi açıqlamada Xanın çıxışlarının və mətbuat konfranslarının bütün peyk kanallarında yayımının qadağan edildiyini bildirib.
Açıqlamada Hanın çıxışlarında “sui-qəsd hazırlamaq kimi əsassız iddialarla dövlət qurumlarına böhtan atdığı” və bu məzmunların dərcinin ictimai asayişi poza biləcəyi və ictimaiyyət arasında nifrət yarada biləcəyi qeyd edilib.
Avqustun 21-də PEMRA “dövlət qurumlarını və məmurları hədələdiyini” əsas gətirərək Xanın çıxışlarının televiziyada canlı yayımlanmasını qadağan edib.
Şayəstə