Pakistanın baş naziri Şahbaz Şərif və Çin Dövlət Şurasının Baş naziri Li Keqiang iki ölkə arasında əməkdaşlığı sürətləndirmək barədə razılığa gəliblər.
Elchi.az Türkiyə mediasına istinadən bildirir ki, baş nazirlikdən verilən açıqlamaya görə, Baş nazir Şahbaz Şərif Çin Dövlət Şurasının Baş naziri Li Keqiang ilə geniş telefon danışığı aparıb.
Görüş zamanı Şahbaz və Li iki ölkə arasında əməkdaşlığı sürətləndirmək barədə razılığa gəliblər.
2022-ci ilin noyabrında Çinə səfərinə toxunan Şərif İslamabadın Pekinlə sıx əlaqələri inkişaf etdirmək əzmini vurğulayıb və ölkəsinin Çinin əsas maraqlarına sarsılmaz dəstəyini bir daha təkrarlayıb.
Regional məsələlərin də müzakirə olunduğu görüşdə Şərif Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) vaxtında başa çatdırılmasının vacibliyinə diqqət çəkib.
Şərif Li-ni əmin edib ki, İslamabad Çinli investorlar üçün tamamilə təhlükəsiz və əlverişli biznes mühiti təmin edəcək.
Sabitlik və iqtisadi rifah
Çin Dövlət Şurasının Baş naziri Li isə İslamabadın sadəcə strateji dost olmadığını vurğulayaraq, Pakistanın sabitliyi və iqtisadi rifahının bölgə və Çin üçün çox önəmli olduğunu bildirib.
Li qeyd edib ki, Çin həmişə Pakistanla həmrəy olub.
Yeganə