"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Pakistan qəzeti: “İşğalçı Ermənistan nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymur və işğalçı siyasətini davam edir

01 Sentyabr 2014 - 15:02
in XƏBƏR LENTİ
FacebookVatsap
Pakistanın “Daily Pardez”, “Daily Azkaar” qəzetləri və “Pakistan in the world” informasiyaimages agentliyi tərəfindən “Daily Pardez” qəzetinin baş redaktoru Tazin Axtarın “Azərbaycan köçkünlərinin acı taleyi” adlı məqaləsi dərc edilib.

 

Azərbaycanın Pakistandakı səfirliyindən verilən xəbərə görə, məqalədə Ermənistanın işğalçı siyasəti nəticəsində 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükələr yaratdığı haqqında məlumatlar verilib. Bildirilib ki, Ermənistan  Dağlıq Qarabağ və ətrafdakı 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarını zəbt edib, 750 min insan isə həmin ərazilərdən məcburi köçkün düşüb. İşğalçı Ermənistan nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymur və işğalçı siyasətini davam edir. Müəllif, Pakistanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini və bu mövqeyin ölkə parlamentinin 01.02.2012 və 05.10.2013-ci il tarixli iki qətnaməsində əksini tapdığını qeyd edib. Yazıda 1994-cü ildə imzalanmış atəşkəs sazişinə baxmayaraq, qoşunların təmas xəttində Ermənistan tərəfindən atışmaların adı bir hala çevrildiyi bildirilib.

Tazın Axtar Ermənilərin Azərbaycan köçkünlərini girov götürməsi barəsində bəhs edərək, bunun etnik təmizləmə siyasətinin davamı kimi qiymətləndirib, Ermənistanın işğalın nəticələrini qanuniləşdirmək niyyətində olduğunu vurğulayıb. Bildirilib ki, bu ilin iyul ayında Ermənistan mediası, azərbaycanlıların Kəlbəcər rayonunda zərərsizləşdirdiyi barədə məlumat dərc edilib. Hadisə zamanı bir nəfər öldürülüb və iki nəfər saxlanılıb. Əslində bu hadisə üç nəfər azərbaycanlı köçkünlərin-Dilgəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun, Dilgəmin anadan olduğu tarixi Azərbaycan ərazisi olan Kəlbəcər rayonunun  Şaplar kəndinə səfər etdikləri zaman baş verib. Kəlbəcər rayonu Dağlıq Qarabağa bitişik olan işğal olunmuş 7 rayondan biridir və BMT TŞ-nın 822-cü qətnaməsində bu rayonun və digər zəbt olunmuş ərazilərin dərhal azad olunması tələb olunub. Bu qətnamədən sonra münaqişəyə dair daha üç sənəd qəbul olunub.

Yazılarda, Ermənistanın müdafiə nazirinin saxlanılan şəxslərin Ermənistan qanunlarını pozduqları və cinayətkar olduqlarını bildirib və buna görə də onların əsir statusuna malik olmadıqlarını vurğulanıb. Bununla da Ermənistan rəsmisi ölkəsinin münaqişədə birbaşa iştirakını təsdiqləyib: “Maraqlıdır, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycanın sərhədləri hüdudunda saxlanılmış şəxslər Ermənistanın qanunvericiliyi ilə necə mühakimə oluna bilərlər? Məsələnin absurdluğunu dərk edən ermənilər, sonralar bu şəxslərin qondarma Dağlıq Qarabağ Cinayət məcəlləsi ilə mühakimə olunacaqlarını bildiriblər”.

Məqalədə, saxlanılmış Azərbaycanlılara qarşı irəli sürülən ittihamların gülünc olduğu və heç bir məntiqə sığmadığı bildirilib: “Onların dəfələrlə işğal olunmuş ərazilərə səfər etdikləri haqqında görüntülərini sosial şəbəkələrdə yerləşdirdikləri, yalnız ov tüfəngi ilə silahlanmış olduqları bu şəxslərin xüsusi qrupa heç bir aidiyyəti olmadıqlarını sübuta yetirir. Ermənistan tərəfi azərbaycanlıların diversiya qrupuna məxsus olduqlarını bildirməklə yanaşı, eyni zamanda, onları əsir kimi qəbul etməkdən imtina edir və onlara “qanunsuz sərhədi keçməsi” ittihamını irəli sürür. Bütün bunlara əlavə olaraq, erməni tərəfi bu qrup tərəfindən bir erməninin öldürüldüyü və daha birisinin yaralandığını bildirir. Lakin, faktlar göstərir ki, adı çəkilən hadisə azərbaycanlıların saxlanıldığı yerdən onlarla kilometr uzaqlıqda baş verib”.

Tazin Axtar məqaləsində Dilgəm  Əsgərovun öz doğma yurduna getməsinin qanunsuz sərhəd keçməsi kimi qələmə verilməsinin əsassız olduğunu bildirib. Eyni zamanda, vurğulayıb ki, Ermənistan saxlanılmış şəxslərin hüquqları haqqında Cenevrə konvensiyasının müddəalarını ciddi şəkildə pozmaqdadır. Əlavə edib ki, erməni əsrliyində olan 4 mindən çox azərbaycanlının taleyi haqqında hələ də heç bir məlumat yoxdur.

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Previous Post

Pakistan qəzeti: “İşğalçı Ermənistan nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymur və işğalçı siyasətini davam edir

Next Post

“Qalatasaray”dan 3 transfer!

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

“Qalatasaray”dan 3 transfer!

YOL TERRORU : 9 ölü, 35 yaralı

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.