Pakistan Yeni ili Fələstinlə həmrəy olaraq qeyd etməkdən imtina etdi. Elchi.az “Geo News”ə istinadən xəbər verir ki, bunu Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar televiziya ilə çıxışında deyib.
“Pakistan xalqı acınacaqlı vəziyyətdədir. Buna görə də Pakistan hökuməti vəziyyəti nəzərə alaraq, Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib. “Bütün pakistanlılara müraciət edirəm: məzlum fələstinlilərlə həmrəylik nümayiş etdirin və yeni il gələn kimi sadəliyi qoruyun”, – siyasətçi deyib.
Kakar həmçinin vurğulayıb ki, Pakistan Qəzza zolağına iki yardım göndərib və üçüncünü göndərməyə hazırlaşır. Bundan əlavə, o xatırladıb ki, Pakistan rəhbərliyi Qəzzaya yardım göstərmək üçün mütəmadi olaraq Misir və İordaniya hakimiyyətləri ilə əlaqə saxlayır.
Havar Şəfiyeva