"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Özlərini diri-diri yandıranlar, zəhər qatılmış içki içənlər – ARAŞDIRMA

01 Mart 2015 - 21:41
in MARAQLI
FacebookVatsap

Bunu da oxuyun

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Özlərini diri-diri yandıranlar, zəhər qatılmış içki içənlər - ARAŞDIRMAÖtən əsrin əvvəllərindən Məsihçi xristian təriqətləri və müxtəlif təriqətlər sürətlə yayılır və yayılması ilə böyük faciələrə yol açır…
Dünyanın fərqli nöqtələrində kütləvi intihara, qətliama yol açan təriqətlər meydana gəlir. Bu təriqətlər və dinlər müxtəlif terror, kütləvi intihar hadisələrində iştirak edərək dünya üçün ciddi qorxu və təhlükə yaradır. Xaotik və məntiqsiz inanclarla silahlanmış dini qruplara qoşulmağın nəticəsi istənilən halda faciədir…
Dünya ciddi-cəhdlə islam terrorundan, islamçı qrupların törətdiyi qətliamlardan danışdığı bir zamanda, qədim tarixə malik xristian terrorunun, yeni yaranan təriqətlərin və dinlərin törətdiyi qətliamları, kütləvi intiharları gözardı etmək olmaz.
Müxtəlif mənbələrdə xristian dinini əsas götürən məsihçi cərəyanlar, yeni yaranan dinlər və təriqətlərlə bağlı məlumatlara nəzər salaq:
 
David Koreş və tərəfdarları
 
“Federal agentlər və məzhəb üzvləri arasındakı 51 günlük gərginlik faciə ilə nəticələndi. Məzhəbin Uako, Texas yaxınlarındakı məbədləri və sığınacaqları tamamilə yandı. 33 yaşı olan “Branch Davidians” hərəkatının lideri və Məsihi David Koreş 74 tərəfdarı ilə birlikdə həlak oldu”.
Britaniya Ensiklopediyasından götürülən yuxarıdakı məlumatda haqqında danışılan David Koreş “Yeddinci gün adventistləri”nin tərəfdarlarından biri idi. Bu təriqətin tərəfdarları İsa peyğəmbərin yenidən gəlişinə inanırdılar. Məsihin gəlişini dəfələrlə müjdələsələr də bu baş vermirdi. Sonuncu dəfə 1959-cu ildə Məsihin gələcəyini gözləyən təriqət üzvləri böyük xəyal qırıqlığına uğradı.
Amma İsanın gəlişinə inanan böyük bir qrup Texas ətrafında böyük bir bölgəni satın alaraq dövlət idarəçiliyinə qarşı çıxmağa başladı. 19 yaşında adventistlərlə tanış olan Vernon Houel 1986-cı ildə adını dəyişərək “David Koreş” olur və 1986-cı ildə yeni təriqətin rəhbəri seçilir. Vernon dünyaya gələndə anasının 15 yaşı var idi. Təriqət üzvləri onu “Günahkar Məsih” adlandırırdı.
Devid Koreş və tərəfdarları 90-cı illərdə isə kütləvi ölümləri ilə ən çox diqqəti çəkən qrup olub. 28 fevral 1993-cü ildə təhlükəsizlik orqanları araşdırmaq üçün təriqətin Texas kənarında saldığı kəndə girmək istəyəndə təriqət üzvləri təhlükəsizlik işçilərini güllə yağışına tutdu. Bu hadisədən sonra kənd mühasirəyə alındı. Mühasirənin 51-ci günündə təhlükəsizlik işçilərindən biri kəndə girməyə çalışdı və bir anda fermadan tüstü qalxmağa başladı. David Koreş kəndi yandırmışdı…
David Koreş və içərisində uşaqlar, qocalar da olmaqla 74 təriqət mənsubu yanaraq həlak olur.
Kometa qurbanları
 
BBC-nin arxivində 1997-ci ildə baş vermiş daha bir kütləvi intihar hadisəsi haqqında informasiya var. 1997-ci ildə San Diyeqonun şimalında, ayaqlarında idman ayaqqabıları, əyinlərində qara T-Şort ilə toplu olaraq intihar edən 40 adam dünya gündəmini yenidən silkələdi. Yaşları 26 ilə 72 arasında dəyişən 40 adam, o dövrdə dünyanın yaxınından keçən Hale-Bopp kometasının onları təkamülün növbəti mərhələsinə daşıyacağı inancı ilə intihar etmişdilər. “Cənnət qapısı” təriqətinin lideri Marşal Applevayt tərəfdarlarını intihara təşviq etmək üçün, onları cənnətlə müjdələyir.
Kəşf edildiyi 1995-ci ildən sonra sadəcə bir dəfə 1997-ci il martın 28-də dünyada görünən Hale-Bopp kometası həmin gün faciəyə səbəb olub.
Constaunda kütləvi intihar
1978-ci il… CNN-nin xəbərləri: “Elə bir hadisə idi ki, səbəb olduğu dəhşətli dalğaları dünyanın hər tərəfinə yayıldı… Ən yeni tarixin ən dəhşətli kütləvi intiharı. Bir məzhəbin üzvləri olan 900-dən çox insan ölmüş halda Cənubi Amerika meşələrindən tapılıb. Ölənlər Cim Consun tərəfdarları idi”.
1951-ci ildə İndiana Kommunist Partiyasına üzv olan Cim Cons bir müddət sonra partiyasının xalqı səhv istiqamətləndirdiyini düşünərək partiyadan ayrılır. Daha sonra marksizmi xalq arasında geniş yaymaq üçün kilsəyə daxil olur. Cim qısa müddət ərzində kilsə tərəfdarları arasında etdiyi çıxışlarla böyük şöhrət qazana bilir. Cimin çıxışlarını dinləmək üçün kilsəyə böyük axın var idi. İnsanlar bütün var-dövlətini kilsəyə bağışlayırdı. Nəhayət Cimin əziyyətləri boşa getmədi və “The People’s Temple of the Disciples of Christ” təriqəti yarandı. Təriqət yaranandan sonra Cimin göstərişi ilə təriqət toplantıları gizli keçirilməyə başladı.
1974-cü ildə təriqət üzvləri Cənubi Amerika meşələrində bir kənd salıb, modern həyatdan tamamilə uzaqlaşdı.
Təriqətin məskunlaşdığı bölgəyə Constaun adı verildi. Cim buranı “Sosializm cənnəti” adlandırırdı. Dünya ilə əlaqəsini kəsmiş Constaun Şimali Kaliforniya sakinlərini narahat edirdi. Çünki Constaunda yaşayanlar onların yaxın qohum-əqrəbası idi. 1978-ci ildə parlament Leo Ryanın rəhbərliyi ilə Constauna bir heyət göndərir. Təriqətin məskunlaşdığı ərazidə vəziyyətin ağırlığını görən Ryan təriqət üzvlərinə geri dönməyi tövsiyə edir. Nəticə acı olur. Təyyarəyə minmək istəyən Ryan və bir neçə jurnalist öldürülür. Qurduğu təriqətinin çöküşünü hiss edən Cim kütləvi intihara qərar verir. Xüsusi zəhər qatılmış içkidən içən təxminən 900 nəfər həlak olur…
Özünü diri-diri yandıranlar 
1994-cü ildə isveçrəli Juke Zurenin rəhbəri olduğu “Günəşin məbədi”nin üzvləri kütləvi şəkildə intihar edir. Juke qlobal çirklənmə, sağlam həyat tərzi mövzularında qadın klubları təşkil edirdi. Əslində Jukenin yeni təriqət yaratması çoxlarına bəlli deyildi. Onun rəhbərliyi altında başıpozuq gənclər və cəmiyyətin kasıb təbəqəsi “Günəşin Məbədi”ndən yüksək məbləğlər qazanırdı. Onlar düşüncələri və dünya görüşləri ilə dünyadan təcrid olunmuş vəziyyətdə yaşayırdı. Jukenin təliminə görə, tezliklə hamı odda yanacaqdı.
Nəhayət, Juke Zureninuzunmüddətli planı baş tutur. Tərəfdarları xoşbəxtliyə nail olmaq üçün odda yanmalı idi. Juke “Ölüm səyahəti” adı verdiyi kütləvi intihar planını hazırlamışdı. İndi sadəcə “yuxarı”dan bir işarə gözləyirdi.
Gözlənilən siqnal 1994-cü ilin qış aylarında həm Jukeyə, həm də 53 üzvə göndərilmişdi. Qətllər Friburunda, Valyada, həmçinin Kanadanın xizək kurort qəsəbəsində və İsveçrənin 2 balaca kəndində baş vermişdi. Həlak olanlardan onu uşaq idi. Təriqət üzvlərinin intiharı şüursuz vəziyyətdə baş tuturdu. Təriqət üzvləri narkotik qəbul edirdi və huşsuz halda başlarına plastik torbalar keçirildikdən sonra güllələnirdilər.
Bir il sonra 1995-ci ilin dekabrında arasında bir neçəsi uşaq olan təriqət üzvü Alp dağlarında özlərini yandıraraq intihar edir. 1997-ci ilin martında (yaz gecə-gündüzün bərabərliyi günü) “Günəş Məbədi”nin 5 üzvü birlikdə intihar edib. Ümumilikdə bu təriqətin qurbanları 74 nəfərdir və onlardan 48 nəfəri güllələnib.
“Cinayət gözəl əxlaqdır”
Bu cür təriqətlər təkcə intihara, kütləvi ölümlərə təhrik etmir, eyni zamanda cəmiyyətin nizamını pozur, sadə vətəndaşları hədəf alan hücumlar da təşkil edirlər. Yaponiyada yaxın keçmişdə yaranmış “Aum Shinrikyo” təriqəti metroya zəhərli qazla basqın etmiş, hücum nəticəsində 5.500 nəfər yaralanmış, 12 nəfər isə həlak olmuşdu. Təriqət mənsubları 1994-cü ildə, Tokio yaxınlığındakı Matsumotoda reallaşdırılan və 7 nəfərin ölümü , 144 nəfərin yaralanması ilə nəticələnən oxşar hücumda da günahlandırılır.
Təriqət lideri Asaharanın təlimlərinə görə, bir insan ancaq cinayət işləyərək ruhunu təmizləyə bilər. Dünya hakimiyyətinin təmin edilməsi isə ancaq zorakılıqla mümkündür. Adi insanların törətdiyi cinayətlər, təriqət üzvlərinə görə bir növ gözəl əxlaqi xüsusiyyətidir.
kulis.az
Previous Post

Özlərini diri-diri yandıranlar, zəhər qatılmış içki içənlər – ARAŞDIRMA

Next Post

Prezident: "Lazım gələrsə, artilleriyanı geri qaytaracağıq (VİDEO)

Bənzər yazılar

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Next Post

Prezident: "Lazım gələrsə, artilleriyanı geri qaytaracağıq (VİDEO)

Prezident: "Lazım gələrsə, artilleriyanı geri qaytaracağıq (VİDEO)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Araz-Naxçıvan”dan ayrılan futbolçu Rumıniya klubuna keçdi

“Araz-Naxçıvan”dan ayrılan futbolçu Rumıniya klubuna keçdi

31 Avqust 2026 - 16:46
Bişkekdə ŞƏT-in sammiti ilə bağlı 15 min təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimə keçib

Bişkekdə ŞƏT-in sammiti ilə bağlı 15 min təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimə keçib

31 Avqust 2026 - 16:38
Nepal daşqın zonasında axtarışlar üçün müasir texnologiyalar və kömək tələb edir

Nepal daşqın zonasında axtarışlar üçün müasir texnologiyalar və kömək tələb edir

31 Avqust 2026 - 16:25
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

31 Avqust 2026 - 16:11
Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

31 Avqust 2026 - 16:00
Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

31 Avqust 2026 - 12:28
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20
“Qarabağ” Dani Boltla yollarını ayırdı

“Qarabağ” Dani Boltla yollarını ayırdı

31 Avqust 2026 - 12:12
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

31 Avqust 2026 - 12:09
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

31 Avqust 2026 - 11:55
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

31 Avqust 2026 - 11:47
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

31 Avqust 2026 - 11:31
NİİM valideynlərə müraciət edib

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

31 Avqust 2026 - 11:23
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib

31 Avqust 2026 - 11:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.