Özbəkistan Hindistan əczaçılıq şirkətinin bütün dərmanlarının satışını dayandırıb

53

Hindistanın “Marion Biotech” əczaçılıq şirkətinin bütün dərmanlarının Özbəkistanda satışı dayandırılıb, buna səbəb onların tərkibindəki zəhərli komponentlərin müəyyən edilməsi olub və onlardan 20 uşaq ölüb.

Elchi.az xəbər verir ki, bu barədə Özbəkistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Keyfiyyətə dərin nəzarət göstərib ki, bəzi dərman seriyalarında “Doc-1 Max” və “Ambronol” dərmanlarında propilenqlikol əvəzinə və ya onunla birlikdə etilenqlikol və dietilenqlikol aşkarlanıb. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və digər dərman vasitələrinin əlavə yoxlanılması məqsədilə 2022-ci ildə Özbəkistana idxal olunan bütün dərman vasitələrinin satışını dayandırıb”, – məlumatda vurğulanıb.