ABŞ prezidenti Co Bayden ABŞ Nümayəndələr Palatasının spikeri seçilən Kevin Makkartini təbrik edib və onun layihələrini həyata keçirmək üçün respublikaçıların üstünlük təşkil etdiyi Palata ilə əməkdaşlıq etməyə çağırıb.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Bayden yazılı açıqlamasında “Amerika xalqı liderlərindən ölkənin ehtiyaclarını hər şeydən üstün tutmalarını gözləyir və indi etməli olduğumuz şey budur”-deyib.
ABŞ Konqresində Senatda demokratların hələ də çoxluğa sahib olmasına baxmayaraq, Nümayəndələr Palatasında respublikaçıların çoxluğu əldə etməsi və parlament sədrinin respublikaçı deputat olması Bayden administrasiyası üçün ən çətin məsələlərdən biridir.
Yeganə