Bu ilin I rübündə Azərbaycanda 608,2 kq qızıl hasil olunub.
Elchi.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 26,7% azalıb. Təkcə mart ayında isə 240,9 kq qızıl istehsal olunub ki, bu da fevral ayı ilə müqayisədə 20,2% çoxdur.
Gümüşə gəldikdə, yanvar-martda ölkə ərazisində 1 331,6 kq gümüş hasil olunub. Bu, illik müqayisədə 10,2% çoxdur. Təkcə mart ayında isə 589 kq gümüş hasil olunub ki, bu da fevral ayı ilə müqayisədə 29,5% çoxdur.