Cümə günü Almaniyanın şərqində terror aktı hazırlamaqda şübhəli bilinən İraq vətəndaşı saxlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə AFR Baş Prokurorluğunun məlumatında bildirilir.
Həbs əməliyyatı Federal Polis və Federal Cinayət İşləri İdarəsinin əməkdaşları tərəfindən Barnim rayonunda (Brandenburq federal torpağı) həyata keçirilib. Şəxs terror qruplaşması yaratmağa cəhd göstərməkdə, milli təhlükəsizliyə təhdid törədən cinayət hazırlamaqda və silah haqqında qanunu pozmaqda şübhəli bilinir.
İstintaqın ehtimalına görə, saxlanılan şəxs “İslam Dövləti” terror qruplaşmasının ideologiyasını dəstəkləyib. O, 2025-ci ilin yazında şərikli şəkildə Almaniyada terror aktları planlaşdırmağa başlayıb, bu məqsədlə odlu silah əldə edib və hücum etmək istədiyi Bremen kilsələrindən birini izləyib.
Məlumata görə, onun cümə günü həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq hakiminin qarşısına çıxarılması gözlənilir.
Məryəm





















