"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Orta Şərq: olmuşlar, nəticələr, gözləntilər – ŞƏRH

26 Dekabr 2015 - 00:37
in XƏBƏR LENTİ
FacebookVatsap

Vəziyyətin müsbətə doğru dəyişməsi güclərin bir-birinə münasibətlərindən asılıdır

Bakı. 24 dekabr. REPORT.AZ/ Beş il öncə Afrikanın şimalında işsizlik, ərzaq qiymətlərinin bahalaşması, söz, fikir və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, hakimiyyətlərin əhali üçün yaratdığı müxtəlif problemlərə qarşı etiraz aksiyaları sərhədini genişləndirərək silahlı münaqişələrlə davam etməkdədir.

Bunu da oxuyun

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

2015-ci il başa çatmaqdadır. İlin son günlərində dünya mediasında yayılan informasiyalar əsasında Orta Şərqdə baş verən vəziyyətə nəzər yetirək.

Misir, Tunis və Liviyada başlayan “ərəb baharı” İraq, Suriya, Yəməndə davam etməkdədir.

Bu il Yəməndə legitim hakimiyyətə qarşı husilərin qiyamı başladı. Ölkə prezidenti Abdrabbu Mansur Hadinin səlahiyyətlərinin icrasını bərpa etməsi və husi qiyamçılarına qarşı mübarizə aparılması məqsədilə Səudiyyə Ərəbistanının başçılığı altında ərəb dövlətlərindən ibarət koalisiya yaradılıb. Artıq Yəməndə qanadlı raketlərin vurulduğu, düşdüyü barədə xəbərlər yayılır.

Düzdür, 2016-cı il fevralın 21-dək atəşkəs rejiminin uzadılması haqda münaqişə aparan tərəflər arasında razılıq əldə edilsə də, bu ölkədəki vəziyyət 2015-ci ilin əvvəlindəkindən də ağırdır.

İraqda da ciddi dəyişikliklər baş verməyib. Baş verən yeganə dəyişiklik hökumət başçısı Heydər əl-İbadinin Türkiyəyə qarşı çıxışlarıdır. Bu hökumət ölkənin Başika

 şəhərində uzun illərdən bəri yerləşən Türkiyə əsgərlərinin oradan çıxmasını tələb edir. İraq hökuməti İranla müttəfiq olduğundan, Moskva-Tehran ittifaqına da qoşulmağa can atır.

Ölkənin şimalındakı muxtar hökumət isə müstəqillik əldə etməyə addım-addım yaxınlaşır.

İran və Rusiyanın hərtərəfli dəstəyi Suriyada Bəşşar Əsəd rejiminin siyasi səhnədən getməsinə imkan vermir. Bu il öz torpaqlarından didərgin salınan türkmənlərin sayı çoxaldı. Suriyada kürdlərin sıx yaşadığı bölgələrə bu etnik qrupun silahlıları nəzarəti ələ keçirdi.

Rusiyanın Suriyada gedən hadisələrə açıq-aşkar müdaxiləsi bölgə üçün ən önəmli hadisə sayıla bilər.

2015-ci ildə də İraq, Suriya, Yəmən, Liviyada silah səsləri eşidilir, hakimiyyət yox dərəcəsindədir, ərazi bütövlüyü pozulub.

Misirdə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn general Sisi seçki keçirərək hakimiyyətini legitimləşdirdi. Rusiyaya məxsus sərnişin təyyarəsi partladıldı. O biri müsəlman dövlətlərdə olduğu kimi, Misirin də terrorçuluğa qarşı mübarizədə aciz olduğu təsdiqləndi.

Tunisdə isə proseslər həmin qonşuları ilə müqayisədə daha sakit davam etməkdədir.Son illər üçün nadir hadisələrdən biri də Türkiyə sərhədini pozduğu üçün Rusiya döyüş təyyarəsinin vurulmasıdır. Bunu belə də dəyərləndirmək olar, Türkiyə bölgə dövləti olmaqla yanaşı, oradakı oyunların iştirakçısıdır. Rusiyaya isə həmin ərazilərdə yer yoxdur.

Kreml sərhədi pozan hərbi təyyarəsi vurulandan sonra Türkiyəyə qarşı sanksiya tətbiq etdi və s.

İranın atom-nüvə problemi üzrə beynəlxalq vasitəçilərlə Tehran arasındakı razılaşma da bölgənin önəmli hadisələrindən sayıla bilər. İslam Respublikasında Azərbaycan türklərinin təhqir edilməsinə qarşı etiraz aksiyası da il üçün yaddaqalan hadisələr sırasındadır. Onlar bu aksiya ilə milli haqqı təmin olunmayan etnos odluqlarını dünyanın diqqətinə yenidən çatdırdılar.

Türkiyə-İsrail münasibətlərində buzun əriməsi Orta Şərqdəki siyasi-iqtisadi və ictimai proseslərin vacib elementlərindən sayıla bilər.

Orta Şərq dövlətlərindəki qarma-qarışıqlıq, hərc-mərclik, hikkə, kin, iddialar milyonlarla adi, dinc sakinlərin öz evlərini tərk etməsi ilə müşayiət edilib. Prose

s davam etməkdədir.

Əvvəlki illərdən fərqli olaraq Avropa qorxduğu və ehtiyatlandığı “qaçqın axını” silahının hədəfinə çevrilib. BMT-nin məlumatına görə, Avropaya sığınan qaçqın və miqrantların sayı bir milyonu ötüb. Bu sosial təhlükənin qarşısını almaq məqsədilə Avropa İttifaqı Türkiyə ilə üzvlük məsələsinə dair danışıqları bərpa etdi. Hətta qurum Türkiyə vətəndaşlarının Avropa İttifaqına üzv dövlətlərin ərazisinə vizasız gedə biləcəkləri vədini verib. Suriya və İraqdan olan qaçqınları ərazisində saxlamaq üçün Avropa İttifaqı Türkiyəyə 3 milyard avro yardım verəcəyinə boyun olub.

34 müsəlman dövlətinin terrorçuluğa qarşı birgə mübarizə aparması haqda razılığı da bölgənin önəmli hadisələrindən saymaq mümkündür.

Baş verənlərdən göründü ki, terrorçu təşkilatların maliyyələşməsi, silahlanması və əlavə insan qüvvəsi ilə təmin olunmasının qarşının alınması üçün təkmil mexanizm və nəzarət sistemi ortaya qoyulmadı.Maraqların təmin olunmasında terrorçu qruplaşmalardan istifadə edilməsinin konturları aydın göründü. Buna örnək olaraq İŞİD-in nəzarət etdiyi ərazilərdən nefti Suriyadakı rejimə satmasına dair faktları göstərmək olar və s.

İŞİD, “Hizbullah”, “əl-Qaidə”, PKK kimi terrorçu təşkilatlar əvvəlki illərdə olduğu kimi, fəaliyyətlərini davam etdiriblər, onların törətdikləri cinayətlərin qarşısı bu il də alınmayıb.

2015-ci ildə əsasən İraq və Suriyaya nəinki sülh gəlmədi, vəziyyət ötən illə müqayisədə daha da ağırlaşdı. Yəməndə isə hakimiyyət boşluğu yarandı.

Cari ildə baş verənlərə nəzər saldıqdan sonra müəyyən qənaətləri və qarşıdan gələn il üçün gözləntiləri belə sıralamaq mümkündür:

– Dünyanın sivil dövlətləri terrorçuluğa qarşı mübarizədə aciz göründü;

– İŞİD Suriya və İraqda fəaliyyətini davam etdirdi;

– Kürdlərin dövlət qurması yolunda “yaşıl işıq”lar yandı;

– Türkmənlər yenə qaçqın düşdü;

– Suriya və Yəməndə qanadlı raketlərin atılması və başqa silahların tətbiq edilməsi terrorçuluğa qarşı mübarizədən daha çox müharibənin getdiyini deməyə əsas verdi;

– Bölgədə hibrit savaş gücləndi;

– Rusiya daxili problemlərdən yayınmaq, eləcə də SSRİ-dən sonra itirilən mövqeyi bərpa etmək məqsədilə Orta Şərqdəki proseslərə fəal və açıq şəkildə qoşuldu;

– İranda da milli məsələnin həll edilmədiyi bir daha dünyaya duyuruldu;

– Keçmiş müttəfiqlərin (Türkiyə və İsrail) münasibətlərini bərpa etməsi yolunda ciddi addımlar atıldı;

– Dünyanın aparıcı gücləri arasında terrorçuluğa qarşı mübarizədə vahid cəbhə və mövqe olmadığından bölgədə silahlı münaqişə davam edəcək;

– İŞİD-in Liviyada və ya Yəməndə də səhnədə olması ehtimalı artacaq;

– Türkiyə-İsrail münasibətləri müqavilələrin imzalanması ilə inkişaf edəcək;

– Dünyanın siyasi xəritəsində yeni bir dövlətin yaranması prosesi sürətlənəcək;

– İran və Rusiya bölgədəki hadisələrə daha çox cəlb ediləcək;

– Suriya və İraqda yeni qüvvələrin ortaya çıxması ehtimalı artacaq;

– Siyasi, ictimai, iqtisadi qarşıqlıqla müşayiət edilən proseslərin başqa ərəb dövlətlərinə keçməsinə əsaslar hazırlanacaq;

– 2016-cı ildə Orta Şərqdəki vəziyyətdə müsbət mənada ciddi dəyişiklik olmayacaq və s.

Beləliklə, etiraf olunmasa da, bəhs etdiyimiz bölgədə terrorçulara qarşı mübarizə adı altında gedən III Dünya savaşı gələn ildə sürəcək. Vəziyyətin müsbətə doğru dəyişməsi güclərin bir-birinin maraqlarına münasibətdən asılıdır. Çünki onlar öz ərazilərində deyil, maraqlarının mübarizəsini başqa dövlətlərin ərazisində aparırlar…

 share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Orta Şərq: olmuşlar, nəticələr, gözləntilər – ŞƏRH

Next Post

Fikrət Hüseynli Mirzə Sakit və Elbəyi Həsənliyə cavab verdi

Bənzər yazılar

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət daxilindəki qarşıdurmaları xaricdən verilən tapşırıqlarla əlaqələndirib. Elchi.az  xəbər verir ki, o, müxalifətdəki proseslərlə bağlı...

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43

Özbəkistan millisinin baş məşqçisi, italiyalı mütəxəssis Fabio Kannavaro Asiya Kubokunun təxirə salınması səbəbindən vəzifəsini tərk edə bilər. Elchi.az xəbər verir...

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38

Bu ilin oktyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində 14 %-lik artım müşahidə olunub. Bu barədə Elchi.az -...

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Murad Qərib oğlu Fetiyevin Azərbaycana gətirilərək...

Next Post

Fikrət Hüseynli Mirzə Sakit və Elbəyi Həsənliyə cavab verdi

Fikrət Hüseynli Mirzə Sakit və Elbəyi Həsənliyə cavab verdi

Son xəbərlər

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

04 Noyabr 2026 - 12:28
AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

04 Noyabr 2026 - 12:17
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

04 Noyabr 2026 - 12:08
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

04 Noyabr 2026 - 11:57
Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

04 Noyabr 2026 - 11:46
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

04 Noyabr 2026 - 11:35
Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

04 Noyabr 2026 - 11:27
İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

04 Noyabr 2026 - 11:12
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

04 Noyabr 2026 - 11:00
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

04 Noyabr 2026 - 10:51
UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

04 Noyabr 2026 - 10:43
Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

04 Noyabr 2026 - 10:38
Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

04 Noyabr 2026 - 10:24
Tramp İranla bağlı qərarını müdafiə edir

Tramp İranla bağlı qərarını müdafiə edir

04 Noyabr 2026 - 10:16
2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

04 Noyabr 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.