"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Fikrət Hüseynli Mirzə Sakit və Elbəyi Həsənliyə cavab verdi

26 Dekabr 2015 - 01:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Fikrət Hüseynli Mirzə Sakit və Elbəyi Həsənliyə cavab verdi - qarşı tərəf
Hollandiyada mühacirətdə yaşayan həmvətənimiz Fikrət Hüseynli Belçikada siyasi mühacir həyatı yaşayan Mirzə Sakitin və İsveçrədə yaşayan Elbəyi Həsənlinin  açıqlamalarında onun adını hallandırmalarından narazı qalaraq, qarşı tərəf kimi söz haqqından istifadə edib və öz mövqeyini qələmə laraq Musavat.com-a göndərib.
F.Hüseynlinin açıqlamasını dərc edirik: “Öncə deyim ki, yazının başlığının “Fikrət Huseynlidən şübhələnirəm” formada olmasını etik saymıram. Ümumiyyətlə, hansısa şübhə üzərində  bir adamın digərini ittiham etməsi normal deyil. O da ola professional jurnalist adına iddia edəsən və bu cür qeyri-ciddi açıqlama verəsən.
Ona qalsa, mən də deyə bilərəm ki, Elbəyi Həsənlidən şübhələnirəm ki, o, İsveçrədə toyuq oğurluğuyla məşğuldur və ya göldən ördək oğurlayıb kabab çəkir. Həmçinin Elbəyi Həsənli deyir ki, guya mən həyat və fəaliyyətimi davamlı ona həsr etməklə keçirirəm. Mənim facebook səhifəmi araşdıran görə bilər ki, o, gözünün içinə qədər yalan deyir. Çünki mən vur-tut bir dəfə onun barədə status paylaşmışam o qədər. Onunla da bitib gedib. İndi bu şəxsin guya onu daim təqib etdiyimi deməsi sadəcə özü demişkən, Fantamazın fantaziyasından da o tərəfədir. Ya da güzgüdə özünü o qədər böyük görür ki, düşünür bunu daim təqib edir, izləyir, aradan götürmək istəyirlər. Nəhayət, gəldik bu yazı məsələsinə. Avropada yaşayanlar bilir ki, illər keçdikcə buralarda zaman qızıla dönür. Çünki o qədər ödəmələr meydana gəlir ki, bir yox, 2, bəzən 3 işlə məşğul olmalı olursan. Mən də davamlı olaraq çalışdığımdan xüsusi bir vaxtım yoxdur ki, oturam Mirzə Sakitlə Elbəyi Həsənlinin harda nə qeybətləşməsini izləyəm. Bu yazışma 10 gündür ki, inboksları dolaşır. Ən azı 50 adamın xəbəri olandan sonra mən bilmişəm ki, belə bir yazışma var. Özü də deyirlər ki, hələ bu yazışmanın hamısı deyil. Yazışmanın bir hissəsi də var ki, həmin hissədə Mirzə Sakit Belçika, Almaniya, Hollandiyada olan müsavatçılar haqqında Elbəyiyə məlumat ötürür. Bu məlumat harda kimin status alması, kimin kimin adamı olması, kimi kiminlə gəzməsi və sairlə bağlıdır. Mən isə ümumiyyətlə, Eldəniz Yusibov və digər bəylər və bir xanıma qarşı təhqiramiz fikirlər, böhtanlar yazan biriylə – Elbəyi Həsənliylə Mirzə Sakitin bu və ya digər yazışmalarını etik saymıram. Paylaşılan yazını isə bu adamlar təkzib edəcək ciddi bir fakt ortaya qoymadılar. Necə ola bilər ki, iki adam yazışır və onların heç birində yazışmanın arxivi qalmayıb? Deməli, yazışma olub və elə məhz bu cür də söhbət ediblər. Profilimizi sındırıblar, bizim əvəzimizdən yazışıblar və sairlər qeyri-ciddi fikirlərdir. Guya, eyni anda Elbəyi Həsənli ilə Mirzə Sakiti tutub dirəyə sarıyıb onların əvəzindən kimlərsə yazışma edib? Həm İsveçrədə, həm Belçikada əməliyyat keçirilib?)) Gülünc danışmasınlar. Elədikləri əməldən utanıb səslərini çıxartmasınlar. Abırları varsa, abırlarına boğulsunlar. Fakt yazışma olub. Mənə qarşı qərəzdən çıxış edərək bu şəri, ləkəni mənə yaxmaq istəyirlər, amma alınmadı və alınmaz. Məni hamı tanıyır. Mən arxada danışıb dərddən ölüncə, sözü üzə deyib güllədən ölərəm. Vüqar Rəşidovun adını niyə hallandırırlar, anlamıram. Rəşidov özü yazır ki, sonuncu dəfə Mirzəni 2014-ci ilin yayında görüb. 1 ildən çoxdur görmədiyi adam onun parolunu hardan bilər. Vüqar Rəşidov daim Mirzə Sakitə dost kimi diqqət göstərən, yanına gəlib-gedən adam olub. Bunu hamı bilir. İndi durub bu dostluğu da murdarlamaq onu göstərir ki, Mirzə üçün puldan başqa müqəddəs heç nə yoxdur. Amma bütün olanların qarşılığında mən birmənalı şəkildə bəyan edirəm ki, bu məsələdə istər Mirzənin, istərsə də Elbəyi Həsənlinin mənim adımı hallandırmalarının əleyhinəyəm. Yazışmaları Cosqun Zəka adla profildən paylaşıblar. Bunlar da təkzib edəcək fakt ortaya qoya bilməyiblər. Sabah başqa yazışma da paylaşa bilərlər və mənim bununla məşğul olacaq nə həvəsim, nə də zamanım var. Mən sözümü həmişə üzə demişəm və daima da belə olacaq. Profil sındırmaq, inboksda qeybət qırmaq mənlik deyil. Eyni zamanda adları çəkilən şəxslərlə mənim münasibətlərim o səviyyədədir ki, mən bir yox, lap 100 Mirzə olsa, onu etmərəm. Bu adamlarla biz qürbətdə bir yerdə mübarizə aprıb, daima bir-birimizin xeyir və şərinə şərik oluruq. Bilən bilir ki, mən bəziləri kimi çörəyi dizinin üstündə olan adam deyiləm.
Nəhayət, sonda Mirzə Sakitə bir sual ünlvanamaq istəyirəm. “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil elan etdi ki, Avropa Məhkəməsinin qərarına görə Azərrbaycan hökumətindən alacağı pulu siyasi məhbus aillərinə, Sərhədsiz Repaftyorlar Təşkilatına, “Azadlıq” qəzetinin əməkdaşlarına bağışlayıb, özünə cüzi bir məbləğ götürəcək. İndi o da Avropa Məhkəməsinin qərarına görə, təzminat almalıdır. O puldan hansısa bir siyasi məhbusa, imkansıza, xəstəyə yardım göstərmək fikrindədir, ya yox? Yoxsa düşünür ki, aparıb hamısını Türkiyədə kitab çapı adıyla xərcləyəcək? Yeri gəlmişkən, onu da xatırladım ki, sosial yardım aldığı üçün pul hesaba keçirilən kimi Mirzə Sakitin bir müddət yardımı kəsiləcək. Ona görə də o pulu xeyriyyə adıyla heç olmasa, imkansızlara bağışlasın ki, bir savab qazansın. Üstündə rəhmət oxuyan tapılsın. 5 günlük dünyadır. Axşamdan səhərə etibar yoxdu”.
Previous Post

Fikrət Hüseynli Mirzə Sakit və Elbəyi Həsənliyə cavab verdi

Next Post

Baş nazir gözlənilmədən toya gəldi 

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Baş nazir gözlənilmədən toya gəldi 

Baş nazir gözlənilmədən toya gəldi 

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.