Almaniya Baş Qərargah rəisi general-leytenant Karsten Breuer ordunun ölkəni müdafiə etmək gücündə olduğunu, lakin kifayət qədər yaxşı müdafiə etmək iqtidarında olmadığını bildirib.
Elchi.az xəbər verir ki, General-leytenant Breuer Handelsblatt qəzetinin təşkil etdiyi “Təhlükəsizlik və Müdafiə 2024” adlı konfransda çıxış edib.
Alman silahlı qüvvələrinin döyüşə yararlı olması üçün yenidən quruluşa və silahlara ehtiyacı olduğunu ifadə edən Breuer, “Bu sual olduqca tez-tez soruşulur, icazə verin, belə deyim. Əgər indi hücuma məruz qalsaydıq, özümüzü müdafiə edə bilərdikmi?” Bəli, müdafiə edərdik. Amma bunu yaxşı bacara bilərdikmi? “Yox, biz bunu edə bilməzdik” deyib.
Breuer qeyd edib ki, onlar Almaniyanı müdafiə etmək üçün güclü potensiala malikdirlər, lakin onu çox yaxşı müdafiə etmək iqtidarında deyillər.
Alman silahlı qüvvələrinin son tədarük müqavilələri ilə cari açığı bağlaya bildiyinə işarə edən Breuer, “Biz yəqin ki, 2 və ya 3 ilə bu boşluğu aradan qaldıra biləcəyik, hər halda 5 və ya 8 ildən az olacaq” deyib.
Şayəstə Hüseynova