Macarıstanın baş naziri Viktor Orban pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması ilə bağlı vəziyyətdən sonra Ukraynada münaqişəni dayandırmağa çağırıb.
Elchi.az xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki səhifəsində müvafiq mesaj yazıb.
“Macarıstan son dron insidentilə bağlı Polşanı tam dəstəkləyir. Polşanın ərazi bütövlüyünün pozulması qəbuledilməzdir”, – deyə Orban qeyd edib.
Orban hadisənin Ukraynada sülh çağırışlarının hikmətini sübut etdiyini vurğulayaraq, müharibənin kölgəsində yaşamağın risklər və təhlükələrlə dolu olduğunu qeyd edib və ABŞ prezidenti Donald Trampın münaqişənin həlli istiqamətindəki səylərini dəstəkləyib.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk sentyabrın 10-na keçən gecə ölkə səmasında 19 pilotsuz uçan aparatın aşkar edildiyini bildirmişdi. O, heç bir dəlil olmadan Polşa üzərində vurulan pilotsuz təyyarələrin guya Rusiyaya məxsus olduğunu iddia etmişdi.
Rusiyanın Varşavadakı müvəqqəti işlər vəkili Andrey Ordaş Polşanın bildirdiyi PUA-ların Ukrayna istiqamətindən ölkənin hava məkanına daxil olduğunu qeyd edib.
Yeganə





















