Orban: Ukrayna və Aİ münaqişəni uduzdular, lakin bunu etiraf etməyə cəsarətləri yoxdur.
Elchi.az xəbər verir ki, Ukrayna və Avropa İttifaqı münaqişəni praktiki olaraq uduzdular, lakin onların bunu etiraf etməyə və nəticələrinə görə məsuliyyəti öz üzərinə götürməyə cəsarətləri çatmır. Bunu “Radio Kossuth”un efirində Macarıstanın baş naziri Viktor Orban deyib.
“Rusiya qələbəyə yaxınlaşır və Ukrayna bu müharibəni praktiki olaraq uduzdu, Avropa da Ukrayna ilə birlikdə onu uduzdu, lakin heç kimin bunu etiraf etməyə və nəticələrinə görə məsuliyyəti öz üzərinə götürməyə cəsarəti çatmır”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, əvəzində Avropa liderləri elə davranırlar ki, sanki bu müharibəni hələ də qazanmaq olar. Macarıstanın baş naziri vurğulayıb ki, münaqişəyə son qoymaq üçün diplomatiya, atəşkəs və sülh danışıqlarına ehtiyac var.
Bundan əvvəl Macarıstanın baş naziri bəyan etmişdi ki, Aİ sammitində Avropa liderlərinin gözündə Ukraynanın münaqişədə uduzduğunu etiraf etmək olar.
Orban bildirib ki, gələcəkdə avropalı siyasətçilər Avropa İttifaqı (Aİ) və Ukraynanın münaqişədə məğlubiyyətini etiraf etməyə məcbur olacaqlar. Macarıstan liderinin sözlərinə görə, Avropa İttifaqı artıq bu müharibədə uduzub, Ukrayna isə cəbhə xəttində geri çəkilir, həm də uduzur.
Şayəstə Hüseynova


















