“Pis Ukrayna siyasəti Macarıstanın düşmənidir”.
Elchi.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Bu bəyanat Ukraynanın Rusiya neftinin Macarıstan və Slovakiyaya Drujba kəməri ilə nəqlini bərpa etməkdən imtina etməsi kontekstində verilib. Budapeşt bəyan edib ki, Kiyev qərarından dönənə qədər Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklayacaq.
Eyni zamanda, Zakarpatiyada yaşayan macarlara problem yaratmamaq üçün dövlət hələlik Ukraynaya elektrik enerjisinin verilməsini dayandırmayacaq.
Baş nazir vurğulayıb ki, Budapeştlə Kiyev arasında normal münasibətlər yalnız neft tədarükü bərpa olunduqdan sonra bərpa olunacaq.
Yeganə





















