Reuters: Orban cümə günü Moskvada Putinlə görüşməyi planlaşdırır.
Elchi.az Reuters-ə istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban 28 noyabr cümə günü Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Hesabatda qeyd olunur ki, görüşün məqsədi Rusiyadan Macarıstana qaz və neft tədarükünün davamlılığını təmin etmək olacaq. Bundan əlavə, Ukraynada nizamlanma da iki tərəfin müzakirə edəcəyi məsələlər arasında olacaq.
25 noyabrda Macarıstanın Direkt36 nəşrinin jurnalisti Şabolç Panyi Orbanın 28 noyabrda Putinlə görüşmək üçün Moskvaya səfər etməyi planlaşdırdığını bildirib.
Ehtimal ki, Macarıstanın Baş naziri və Rusiya prezidenti Ukraynadakı silahlı münaqişənin həlli planını müzakirə etmək üçün görüşə bilərlər. Bu məlumatın Macarıstan və ya Rusiya nümayəndələri tərəfindən rəsmi təsdiqlənməsi olmayıb.
17 noyabrda Orban Rusiya və Putin üçün “Troya atı” olması ilə bağlı ittihamlara cavab verib. Baş nazir bu cür açıqlamaları “kobud və ibtidai” adlandırıb. Onun sözlərinə görə, Macarıstanın Rusiya Federasiyası ilə qarşılıqlı əlaqədə əhəmiyyətli təcrübəsi var.
Şayəstə





















