OpenAI yeni layihəsi ilə AI texnologiyasını kino sənayesinə gətirməyə hazırlaşır. Şirkət öz DALL-E video istehsal platformasından istifadə edərək tamamilə süni intellektdən istifadə etməklə istehsal olunacaq cizgi filmi üzərində işləyir. “Critterz” adlanan filmə OpenAI-nin yaradıcı direktoru Çad Nelson rəhbərlik edəcək.
Elchi.az The Wall Street Journalına istinadən xəbər verir ki, xarakter dizaynı və hekayəsi üç il əvvəl düşünülmüş layihənin premyerasını 2026-cı ildə Kann Film Festivalında keçirmək nəzərdə tutulur.
Nelson və komandası ilkin xarakter eskizlərini OpenAI alətlərinə yükləyəcək və süni intellektin köməyi ilə bütün animasiyanı yaradacaq.
30 milyon dollarlıq büdcə ilə filmin cəmi 9 aya tamamlanması planlaşdırılır. Səsləndiricilərə insan aktyorlar da daxil olacaq.
İstehsalçılar və Məqsədlər
Filmi Londonda fəaliyyət göstərən Vertigo Films və Los Ancelesdə yerləşən Native Foreign şirkətləri istehsal edəcək. Native Foreign ənənəvi video istehsalında süni intellekt texnologiyalarından əvvəlki istifadəsi ilə tanınır. Nelson bu filmin sənayedə süni intellektin istifadəsinə yol aça biləcəyini ifadə edib.
Şayəstə Hüseynova





















