Ən azı 88 uşağın aclıqdan öldüyü Qəzzə ilə bağlı danışan Tramp, “Televiziyadan gördüyümdən Qəzzada uşaqlar çox ac görünür” deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Şotlandiyaya səfəri zamanı Qəzza ilə bağlı qalmaqallı açıqlamalar verib. Qəzzaya çoxlu pul verdiklərini deyən o, “Pul verdik, amma mənə təşəkkür edən olmadı” dedi.
İngiltərə Baş naziri Keir Starmer ilə mətbuat konfransı keçirən ABŞ prezidenti, “Televiziyadan gördüyümə görə, uşaqlar çox ac görünür. Onların dərhal qida və təhlükəsizliyə çıxışı lazımdır” deyərək, digər ölkələrdə də hərəkətə keçməli olacağını bildirib.
O, yardım axını ilə bağlı İsrailin çoxlu məsuliyyət daşıdığını vurğulayıb. “Mən olmasaydım, altı böyük müharibə olardı”.
Tramp, “HƏMAS-ın bir neçə girovla sağ qala biləcəyini düşünmürəm. Onlar canlı qalxanlardır” sözlərini davam etdirərək, İsrailin baş naziri Benyamin Netanyahuya keçən həftə atəşkəslə bağlı danışıqların iflasa uğramasından və girovların azad edilməsindən sonra Qəzzada HƏMAS ilə mübarizəyə fərqli yanaşmanın lazım olduğunu söylədi.
“Mən olmasaydım, altı böyük müharibə olardı”.
Tramp, “HƏMAS-ın bir neçə girovla sağ qala biləcəyini düşünmürəm. Onlar canlı qalxanlardır” sözlərini davam etdirərək, İsrailin baş naziri Benyamin Netanyahuya keçən həftə atəşkəslə bağlı danışıqların iflasa uğramasından və girovların azad edilməsindən sonra Qəzzada HƏMAS ilə mübarizəyə fərqli yanaşmanın lazım olduğunu söylədi.
İngiltərə Baş naziri Starmer də “Qəzzada atəşkəsə nail olmaq üçün digər ölkələri səfərbər etməliyik” dedi. O, HƏMAS-ın mütləq gələcək Fələstin hökumətinin bir hissəsi olmamalı olduğunu müdafiə etdi.
Şayəstə Hüseynova


















