Çinin “Quança” portalının oxucuları Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunu dəstəkləyib. Şoyqu bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri xüsusi hərbi əməliyyat təcrübəsinə əsaslanaraq, ölkəyə çatdırılması planlaşdırılan bütün “F-16” qırıcılarını vura bilər.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
İnteretdəki oxuculardan biri Şoyqunun bu sözlərinə “İnanıram”-deyə reaksiya verib. Oxucu Qərbin “möcüzə texnologiyası” mifini məhv etmək üçün daha çox antiradar sursatlarının və orta mənzilli hava-hava raketlərinin istehsalına çağırıb.
“Sergey Şoyqu, sadəcə onları yandır!” – deyə başqa bir şərhçi çağırış edib.
“F-16” döyüş üçün kifayət qədər yaxşı deyil,-digər oxucu bu nəticəyə gəlib.
Qeyd edək ki, iyunun əvvəlindən Ukrayna Silahlı Qüvvələri Zaporojye, Cənubi Donetsk və Artemovsk istiqamətlərində irəliləməyə cəhd edərək, Şimali Atlantika Alyansının təlim keçmiş və silahlandırdığı bölmələri döyüş təmas xəttinə göndərir. Rusiya prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, Ukrayna qoşunları cəbhənin heç bir sahəsində ciddi uğur qazana bilmədi. Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun sözlərinə görə, təkcə sentyabr ayında Ukrayna Silahlı Qüvvələrinin itkiləri 17 mindən çox insan, həmçinin 2700-dən çox silah olub.
Yeganə