"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Onlar Azərbaycana müasir texnologiyalar gətirməlidirlər”-Qüdrət Həsənquliyev

24 Fevral 2026 - 12:29
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında edilən dəyişikliklərin müzakirəsi zamanı fikirlərini bölüşüb.

Bunu da oxuyun

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Millət vəkili öncə bildirib:

“Mən öncə Xocalı soyqrımının qurbanlarına, şəhidlərimizə Allahdan rəhmət diləyirəm, eyni zamanda, Su çərşənbəsi münasibətilə sizləri və xalqımızı təbrik edirəm. Hörmətli sədr, mən işçi qrupların fəaliyyəti ilə bağlı fikrimi bildirmək istəyirəm. Yeni təyin olunacaq həmkarlarımı təbrik edirəm, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Bizim Konstitusiyamıza görə hakimiyyətin qanadları bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Ona görə də hesab edirəm ki, işçi qruplar həm də hökumətlərarası komissiyanın sədrləri və ya komissiyanın üzvləri ilə ildə bir dəfə görüş keçirsələr, məqsədəuyğun olardı. Azərbaycan hazırda Avropanın və dünyanın inkişaf etmiş, yeni texnologiyalara sahib onlarla ölkəsi ilə strateji tərəfdaşlığa dair saziş imzalayıb. Bu müqavilələrin dəyəri həm də onunla ölçülməlidir ki, onlar Azərbaycanın qeyri-neft sektoruna nə qədər investisiya qoyub, nə qədər müasir texnologiya gətirib, iş yeri açıb və yaxud neçə azərbaycanlı tələbəni pulsuz oxudub. Mən kiçik bir araşdırma apardım. 2019–2023-cü illərdə Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Niderland, İsveçrə başda olmaqla qeyri-neft sektoruna cəmi 6,2 milyard dollar investisiya yatırılıb. Təəssüf ki, son iki ilin rəqəmlərini əldə edə bilmədim. Hesab edirəm ki, bu, olduqca az bir vəsaitdir. Ona görə də bizim işçi qruplar çalışmalıdır ki, həmin o strateji tərəfdaş olduğumuz ölkələr Azərbaycana investisiya yatırsınlar. Məsələn, bu yaxınlarda cənab Prezidentin Serbiyaya səfəri zamanı biz gördük ki, Serbiyanın Baş naziri Aleksandar Vuçiç cənab Prezidentdən təkidlə necə xahiş edirdi ki, Azərbaycan Serbiyada istilik elektrik stansiyası tiksin. Biz də öz strateji tərəfdaşlarımızdan bunu istəməliyik. Məsələn, Macarıstan dövlətinə minnətdarlığımı bildirirəm. Hər il təqribən 200 azərbaycanlı tələbəni dövlət hesabına orada oxutdurur. Əlbəttə, yaxşı olardı ki, bunu Çin də, ərəb ölkələrindən hansısa, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri də etsin və s. Vaxtilə mən xatırlayıram ABŞ Prezidenti Corc Buş Amerika vətəndaşlarına müraciət edirdi ki, Çin və ərəb dillərini öyrənin.

Hazırda hesab edirəm ki, ölkə iqtisadiyyatına böyük investisiyaların qoyulmasına ehtiyac var. Biz bilirik ki, dövlət idarə, müəssisə və təşkilatlarında ixtisarlar aparılır, həmçinin iri holdinqlərdə işçiləri ixtisar etməyə başlayıblar. Kiçik və orta sahibkarların isə bu insanları işlə təmin etmək imkanları çox məhduddur. Ona görə də bizim, məsələn, həm də İsrail kimi müttəfiqimiz var. Heç kim bizə silah satmayanda İsrail bizə silah satıb. Amma bu yetərli deyil. Onlar Azərbaycana müasir texnologiyalar gətirməlidirlər və Azərbaycan tərəfi də bunu öz tərəfdaşlarından xahiş etməlidir. Mənim sadəcə olaraq həmkarlarımın diqqətinə çatdırmaq istədiyim bu idi. Diqqətinizə görə təşəkkür edirəm”.

Previous Post

Məşhur amerikalı aktyor Robert Karradayn evində ölü tapılıb

Next Post

Sabahın hava proqnozu açıqlanıb

Bənzər yazılar

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01

“Ukrayna Rusiya ilə sülh sazişi imzalamağa və hərbi əməliyyatları mövcud təmas xətti boyunca dayandırmağa hazırdır. Bununla belə, Kiyev müvəqqəti işğal...

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

23 Oktyabr 2026 - 16:09

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" Azərbaycan...

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

Aİ Böyük Britaniyadan bunu TƏLƏB EDƏCƏK

23 Oktyabr 2026 - 14:00

Avropa İttifaqı (Aİ) Böyük Britaniya, Kanada və Yaponiyanı 2027-ci ildə Ukraynaya maliyyə dəstəyini artırmağa inandırmaq niyyətindədir. Elchi.az xəbər verir ki,...

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

Trampdan İran açıqlaması: “Bəlkə bir az da irəli gedə bilərik”

23 Oktyabr 2026 - 10:45

ABŞ Prezidenti Donald Tramp İrana bir çox cəhətdən ciddi ziyan vurduqlarını bildirərək, "Bir az daha irəli gedə bilərik" dedi. Elchi.az...

Next Post
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

FHN “Velotrek”də təlim keçirib – VİDEO

FHN “Velotrek”də təlim keçirib - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.