Bakının Xətai rayonundakı şəhid Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəb nümunəvi təhsil ocaqlarından biridir. 2014-cü il sentyabr ayının 2-dən təhsil ocağına məktəbin yetirməsi, uzun müddət Respublika Kimya-biologiya təmayüllü liseydə işləmiş Fuad Babayev rəhbərlik edir. Burada 1282 şagirdin təlim-tərbiyəsi, biliklərə yiyələnməsilə 145 müəllim məşğul olur. Məktəbin pedaqoji kollektivi tarixi hadisələri, işğal edilmiş bütün şəhər və rayonlarımızın keçmişini daim yad edir.
Təsadüfi deyil ki, 20 Yanvar faciəsinin (Xalqımızın qəhrəmanlıq salnaməsinin) ildönümü ərəfəsində haqqında danışdığımız təhsil ocağında şagirdlərin əl işlərindən ibarət sərgi açılıb. Eyni zamanda, 20 Yanvar faciəsilə əlaqədar məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilib.
Məktəbin akt zalında ədəbi-bədii gecə təşkil olunub. Ən yaxşı inşa, ən yaxşı rəsm, ən yaxşı şeir nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.
Şamil SABİROĞLU,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin icraçı direktoru
P.S.Sevindiricidir ki, bu ümumtəhsil ocağını bitirib, həyatda müəyyən uğur qazananların siyahısında “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova da var.