Unabomber kimi tanınan Teodor Kaçinski həbsxanada dünyasını dəyişib. Elchi.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Federal Həbsxanalar Bürosunun sözçüsü qeyd edib ki, iyunun 10-u səhər saatlarında həbsxana kamerasında ölü tapılıb. Mərhumun 81 yaşı var idi.
Qeyd edək ki, 1978-1995-ci illər arasında mətbuat tərəfindən Unabomber ləqəbi ilə tanınan riyaziyyatçı Teodor Kaçinski universitetləri və hava yollarını hədəf alan 16 bomba poçtla göndərilmişdi. Bağlamaların partlaması nəticəsində 3 nəfər ölüb, daha 23 nəfər yaralanıb.
Havar Şəfiyeva