ABŞ hakimiyyəti Moskvada ABŞ vətəndaşının həbs edilməsi ilə bağlı məlumatlara malikdir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Vurğulayır ki, Dövlət Departamenti üçün ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyindən yüksək prioritet yoxdur. Agentliyin həmsöhbəti onu da əlavə edib ki, məxfilik səbəbindən başqa şərh olmayacaq.
Bundan əvvəl Moskvanın Xamovniçeski Məhkəməsi ABŞ vətəndaşı Trevis Leki narkotik satdığına görə həbs edib. Həbsin avqustun 6-dək davam edəcəyi dəqiqləşib. Travis əməlini etiraf etməyib, polis əməkdaşlarına saxlanmasının səbəbini bilmədiyini izah edib.
Havar Şəfiyeva