Omanın paytaxtı Maskatda yaradılmış əyləncə parkında yelləncək aşıb. Hadisə nəticəsində 8 nəfər yaralanıb.
Elchi.az xəbər veri ki, Omanın paytaxtı Maskatda keçirilən festival zamanı Oman Konqres və Sərgi Mərkəzində qurulan əyləncə parkında yelləncək aşıb.
Hadisə nəticəsində 7-si uşaq olmaqla 8 nəfər xəsarət alıb.
Xəstəxanaya çatdırılan yaralıların sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şayəstə