Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) Oman sahillərində ticarət gəmisinə qarşı yeni hücum barədə məlumat verib.
Elchi.az məlumatına görə, bəyanatda bildirilir: “UKMTO Şərq istiqamətində Hörmüz boğazından keçərkən Oman sahillərindən iki dəniz mili şimalda baş vermiş insidentlə bağlı məlumat alıb. Konteyner gəmisi naməlum mərminin su xəttindən bir qədər yuxarı hissəyə dəydiyini, nəticədə maşın şöbəsində yanğın baş verdiyini bildirib.”
Məryəm





















