"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

ÖLƏNLƏRİN XATİRƏSİNƏ, QALANLARIN YADDAŞINA… – Zabitin gündəliyi

29 Yanvar 2015 - 12:12
in MARAQLI
FacebookVatsap

Tərlan EYVAZOV

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

1994-cü il yanvarın sonlarında Tərtər-Ağdərə cəbhəsində vəziyyət çox gərginləşmişdi. Bu döyüşlərin növbəti 1017759_400996333385611_8304831432371743208_nildönümündə dostlarımızla yaddaşımda olan bəzi xatirərlərimi bölüşmək istərdim. Mərhum yazar, “əfqan” dostum Zakir Sadatlının təbirincə desək:
ÖLƏNLƏRİN XATİRƏSİNƏ, QALANLARIN YADDAŞINA…
776 saylı hərbi hissə 1993-cü ilin döyüşlərindən, siyasi keşməkeşlərdən sonra Bakı ətarfındakı hərbi şəhərciyə qayıtmış, yeni ştat cədvəlinə uyğun olaraq təşkilatlanmağa başlamışdı.  Əvvəlki ştatdan fərqli olaraq indi hissə Xüsusi Təyinatlı Kəşfiyyat Dəstəsi adlanırdı (XTKD). Hissənin ştatı kəşfiyyat hissələrindən fərqli olaraq 903 nəfərdən ibarət idi. Bu sovet dönəmi ilə müqayisədə az qala bir alay səviyyəsində idi. Dəstə 4 kəşfiyyat , 1 rabitə, 1 komendant, həmçinin sürücü, təmir, aşbaz taqımlarını birləşdirən 1 təhcizat bölüyündən ibarət idi. Komandirin 4 müavini, həmçinin bütün xidmətlərlə yanaşı ştaba daxil olan opretiv kəşfiyyat şöbəsi fəaliyyət göstərirdi. Kəşfiyyat bölüklərinə 3 kəşfiyyat və 1 minaatan taqımı daxil idi. Taqımlar o dövr üçün bütün atıcı silah növləri ilə təmin edilmişdi. Həmçininin minaatan taqımlarının hər bir bölməsi 3 minaatanla təchiz olunmuşdu. Bu da özlüyündə hər bir kəşfiyyat taqımının avtonom şəkildə minaatan dəstəyi üçün kifayət idi. Hər bir taqımın özünə məxsux ZİL-131 avtomobili var idi. Hissənin əsas heyəti döyüşlərdə bərkimiş təcrübə qazanmış hərbçilər idi. Əlavə olaraq isə 1993-cü ilin payızında təlim mərkəzlərindən normal təlim görümüş, seçilmiş əsgərlər hissəyə cəlb olundu.

1993-cü ilin yayından yanvar döyüşlərinə qədər döyüşçülərimiz hər gün ən azı 12, 14, bəzən 16 saat təlim keçirdilər. Əgərlər fiziki hazırlıqla, digər peşə hazırlığı ilə yanaşı, həmçinin bütün silahlardan sərrast atəş açmağı öyrənmişdilər. İndi yazacağım fakt haqqında hələ heç yerdə danışılmayıb.

1993-cü il iyul ayında indiki nazirimizin qardaşı polkovnik Eldar Həsənov MN Kəşfiya İdarəsinə rəhbərilik edirdi. Biz onun tabeliyində idik.  Eldar müəllim öz şəxsi əlaqələrindən istifadə edərək QRU zabiti olan bir həmyerlimizin köməyi ilə oradan bir qrup peşəkar zabiti əsgərlərimizin hazırlığı üçün dəvət etmişdi. Bu zabitlər Rusiya hakimiyyətindən gizlin olaraq öz məzuniyyətləri hesabına bizimlə 1 ay ərzində məşğul oldular. Mən tam mübağiləsiz deyə bilərəm ki, bu zabitlərin peşə hazırlığı məni heyran etdi.
Müdafiə Nazirliyi həmin vaxtlarda gərgin döyüşlərin getməsinə baxmayaraq bizim hissəni, həmçinin polkovnik F.Şabanovun komandanlığı altında yaranmaqda olan 172 saylı hərbi hissəni düzgün olaraq ehtiyatda saxlayırdı. Nəhayət, bizim növbəmiz də çatdı. Ən əvvəl N.Sadıqovun ambisiyalı sərəncamına görə 776 saylı hərbinin hissə xətt taboru kimi 772 -nin tərkibinə veriləməsi məsələsi gündəmə gəldi. Amma kəşfiyyat idarəsinin tutarlı arqumentlərindən sonra bizim hissəyə xüsusi tapşırıq verildi. Məlumdu ki, həmin dövrdə Horadiz istiqamətində qoşunlarımız xeyli irəliləmiş, bir çox mənətəqələrimizi işğaldan azad etmişdi. Amma bu döyüşlər asan başa gəlməmişdi…
İtkilər olmuş, döyüşçülərimiz yorulmuşdular. 776 saylı hərbi hissəyə verilən əmrə əsasən dəstə Füzuli istqamətində qruplar şəklində düşmən arxasına keçib ermənilərə zərbə endirməli, sonra isə bizmkilərin hücumu üçün şərait yaratmalı idi. Plan tam məxvi saxlanırdı. Hətta hissə rəhbərliyinin bundan xəbəri yox idi. Ona görə əvvəlcədən aldadıcı manevr kimi bizə hay küylə Bərdəyə  istiqamət götürmək əmr olundu. Yanvar ayının 27-də hissəmiz dövrünə görə ən yaxşı təhciz olunmuş, ən hazırlqılı hissə kimi cəbhəyə yola düşdü.

Bu hadisələri xatırlayarkən komandirmiz polkovnik Eldar Ağayevin meydanda öz əsgərləri qarşısandakı çıxışını böyük fəxarət və qüssə ilə xatırlayram.”Biz millət dyilik, biz gerizəkalıq” deyən bəzilərimiz kaş ki, bu mənzərinin şahid olaydılar. Ömrü boyu Vətəndən kənarda xidmət etmiş, Vətənin dar günüdən onun harayına gələn, ölənə qədər vətənindən hətta iki otaqlı mənzil belə almayan bu şərəf simvolu, bu azəri balası hələ tam öyrəşmədiyi ana dilində  əsgərlə necə müaricət etdi… Bunu yalnız görmək və eşitmək lazım idi…
Təkcə bir fakt deyim ki, silahdan əlavə hər bir əsgərin üç komplekt geyim forması, həmçinin təzə qış geyimi var idi. O dövdə xidmət edən zabitlərimiz bunun neçə çətin başa gəldiyini bilirlər. O vaxt komandirin arxa cəbhə üzrə müavini kimi ordu anbarlarına “süpürgə çəkib” hamısını ala bilmişdim.

Həmin gün müəyyən  tapşırıqları yerinə yetirmək üçün mən şəhərcikdə qalmalı oldum. Axşam Rusiyanın “Vesti”proqramı bu hadisəni işılqlandıraraq belə bir ifadə işlətdi: “Azərbaycan otpravil na front svoyu samuyu otbornuyu çast”
Rəhbərliyin bu hərbi fəndi özünü doğrultdu. 28-nə keçən gecə bizim hərbi hissə maşınların işıqlarını söndürərək Tər -Tərdən çıxıb Füzuli istiqmətinə yola düşüdü. Cəbhə xəttinə çataraq hərbi əməliyyatın hazırlığına başladı. AMMA… qeyd etdyim kimi bu fənd alındı və super effekt verdi. MN-dən bizə təhkim olunmuş mərhum general Alayarov təcili olaraq geriyə Tərtərə dönməmizi əmr etdi. Komandiə xitabən: “Aqayev, zavaril kaşu, tebe i zaxlyobıvat” dedi… sən demə ermənilər döğrudan da bu fəndə inanmış və bütün qüvvələrini Tərtər-Ağdərə cəbhəsinə yönəldərək gözlənilmədən zərbə endirməklə Tərtər və Bərdəni işağl edərək Yevlaxa çıxmağı planlaşdırırmışlar. Artıq Füzuli istiqmətində hücumdan söbbət belə gedə bilməzdi. Durum həddən artıq kritik idi.  Ona görə də 776 saylı hərbi hissə təcili geriyə Tərtərə qayıdaraq Şəhriyar (Marquşevan) kəndində yerləşdi və düşmənə əks-zərbə vurmaq üçün hazırlandı..
(ardı var)

Previous Post

ÖLƏNLƏRİN XATİRƏSİNƏ, QALANLARIN YADDAŞINA… – Zabitin gündəliyi

Next Post

Girovlarla bağlı ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

Girovlarla bağlı ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib

Girovlarla bağlı ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.