"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Ölkəmizin təhlükəsizliyi üçün ən böyük təhdid iqtisadi və məhkəmə islahatlarının gecikməsidir”-Qüdrət Həsənquliyev

30 İyul 2025 - 16:09
in MANŞET

qudret bey

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

“PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ…”– “İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki…”

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, Tramp atəşkəs üçün Putinə 10 gün vaxt verdi, bu, sülhə yol aça bilərmi?

– Putin əmin olsa ki, ABŞ-də Trampa impiçment elan oluna bilər, onun mövqelərinin gücləndirilməsi üçün güzəştə gedə bilər. Çünki Putin əsas məqsədinə çoxdan nail olb, Krıma quru yolu təmin edilib. Putin Trampdan istifadə edərək, Rusiya iqtisadiyyatının gücləndirilməsi, Trampın Nobel Sülh Mükafatı alması və Rusiyaya tətbiq olunmuş sanksiyaların aradan qaldırılması üçün atəşkəsə razı ola bilər. Putin sadəcə sülhü baha satmaq istəyir.

– Tramp Putinin istədiyini ona verə bilməsə müharibə davam edəcəkmi?

– Rusiyada başa düşürlər ki, hətta Trampın qurban verilməsi ilə belə Ukraynanı tam məğlub etmək indiki mərhələdə alınmayacaq. Ona görə də Rusiyanın atəşkəsə gedəcəyi ehtimalı böyükdür. Müdrik qərar bu olardı.

– Çoxları Rusiyanın azərbaycanlıları kütləvi şəkildə deportasiya edəcəyini gözləsə də, bu baş vermədi. Niyə?

– Çünki Rusiyada başa düşürlər ki, geri qayıdan azərbaycanlılar hökumətdən Rusiya ilə bütün əlaqələri kəsməyi tələb edəcək. Azərbaycan isə Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən ölkədir. Ermənistandan azərbaycanlıların qovulması nümunəsi göz önündədir. Həm də Rusiyanın işçi qüvvəsinə ehtiyacı var. İnanıram ki, Putin özündə güc tapan kimi Azərbaycanla münasibətləri pozmaq istəyən ətrafındakı müəyyən şəxsləri hakimiyyətdən uzaqlaşdıracaq və münasibətlər bərpa olunacaq.

– Azərbaycanın İran, Rusiya və Avropa İttifaqı ilə münasibətlərindəki müəyyən problemlər nə dərəcədə ciddidir və təhlükəsizliyimizə hansı təhdidləri yaradır?

– Pezeşkian Azərbaycanla münasibətləri tənzimləmək istəyir və biz bu istiqamətdə onun səylərini tam dəstəkləyirik, qarşılıqlı addımlar atırıq. Rusiya ilə də yaxın gələcəkdə münasibətlərin tənzimlənəcəyini gözləyirəm. Avropa İttifaqı ilə də müəyyən razılaşmaların əldə olunacağına inanıram. Ölkəmizin təhlükəsizliyi üçün üçün ən böyük təhdid iqtisadi və məhkəmə islahatlarının gecikməsidir. Daxilə investisiya qoyulmalı, yeni iş yerləri yaradılmalıdır. Görünən odur ki, hökumət xarici ölkələrə investisiya yatırıb, onlarla həm dost olmaq, həm də daha çox pul qazanmaq və xalqın minimal təlabatını ödəmək barədə düşünür. Amma hökumət pul qazanmamalıdır, iqtisadiyyatda rəqabət mühiti, əlverişli biznes şəraiti yaratmaqla sahibkarlara pul qazanmaq imkanı verməlidir. Ölkəmizə investisiya cəlbi üçün qanunun aliliyi, mülkiyyət toxunulmazlığı təmin olunmalıdır. Bürokratiyanı kiçiltmək üçün hökumət üzvlərinin sayını iki dəfəyə qədər azaltmaq olar. 5-6 nazirliyi (maksimum 10-11 nazirlik olmalıdır), bir neçə komitə və xidməti, agentliyi ləğv etmək lazımdır. Ölkədə böyük özəlləşdirməyə gedib, bazar iqtisadiyyatına tam keçidi təmin etmədən sürətli inkişafa nail olmaq mümkün deyil. İnhisarçı dövlət müəssisələri ən azından təcrübəli xarici özəl şirkətlərə idarəetməyə verilməlidir. Region dövlətləri ilə iqtisadi əlaqələr genişləndirilməli, ilkin mərhələdə Türkiyə və Cənubi Qafqaz ölkələri ilə ümumi bazar yaradılması üçün ciddi təkliflərlə çıxış etməliyik, Dünya Ticarət Təşkilatına üzv olmalıyıq. Hesab edirəm ki, böyük islahatlara başlamaq üçün geosiyasi vəziyyət də uyğundur.

– Qüdrət bəy, elm və təhsilin inkişafı üçün hansı addımlar atılmalıdır?

– İlk növbədə təhsilə daha çox pul ayrılmalı, çoxsaylı məktəblər, uşaq bağçaları tikilməlidir. Özəl məktəb və uşaq bağçası tikintisinə imkan yaradılmalıdır. Tanıdığım bir sahibkar var, uzun müddətdir şəhərin kənarında xarabalığa bənzəyən bir ərazidə, şəhərin baş planına uyğun olsa da, ciddi ehtiyac olmasına baxmayaraq, həmin ərazinin abadlaşdırılması, kommunikasiya xətlərinin yaradılması şərtilə mənzil, məktəb və bağça tikintisinə icazə ala bilmir. Təhsilin inkişafı üçün universitetlər özəlləşdirilməli, şəhid övladları və istedadlı gənclər dövlət hesabına təhsil almalı, imkanı olmayan digər tələbələr isə uzunmüddətli faizsiz kreditlərlə təmin olunmalıdırlar. Universitetlərdə elmi tədqiqat işləri aparılmalıdır. Ali məktəblərə qəbul orta məktəbin buraxılış imtahanlarının nəticələri əsasında aparılmalıdır. Bu yolla repititorluğa son qoyulmalı, müəllimlərin maaşı artırılmalıdır. Ölkəmizdə beynəlxalq dil olan ingilis dilinin öyrədilməsi üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır.

Previous Post

Almaniya və İtaliya Aİ-nin İsrailə qarşı sanksiyalarını LƏNGİDİR

Next Post

ABŞ Trampın siyasətinə görə Çinlə rəqabətdə uduzur – “Politico”

Bənzər yazılar

“PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ…”– “İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki…”

“PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ…”– “İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki…”

27 Avqust 2026 - 11:44

Qüdrət Həsənquliyev: "Ermənistanı İsrail kimi, bu regionda böyük bir gücə çevirmək istəyirlər..." "Rusiya ilə münaqişə vəziyyətində olmağımızı istəyən qüvvələr və...

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

27 Avqust 2026 - 00:02

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib. Elchi.az xəbər verir ki, Zelenski...

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib

26 Avqust 2026 - 20:19

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə avqustun 26-da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib. Elchi.az...

İran və Oman Hörmüz boğazının gəlirlərini bölüşmək barədə razılığa gəldi

İran və Oman Hörmüz boğazının gəlirlərini bölüşmək barədə razılığa gəldi

26 Avqust 2026 - 16:38

İran və Oman Hörmüz boğazında gəmiçilikdən gələn gəlirlərin bölünməsi barədə razılığa gəliblər. Elchi.az xəbər verir ki, bu barədə İslam İnqilabı...

Next Post

ABŞ Trampın siyasətinə görə Çinlə rəqabətdə uduzur - "Politico"

Pezeşkian Pakistana gedir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

27 Avqust 2026 - 16:00
Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm” — VİDEOMÜSAHİBƏ

Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm” — VİDEOMÜSAHİBƏ

27 Avqust 2026 - 13:40
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq – PROQNOZ

27 Avqust 2026 - 12:28
DİM magistratura imtahanlarının statistikasını açıqladı

DİM: Plan yerləri ən çox III ixtisas qrupunda dolub

27 Avqust 2026 - 12:25
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Subbakalavrların ali məktəblərə qəbulunda azalma qeydə alınıb

27 Avqust 2026 - 12:23
DİM bu imtahanın nəticələrini elan etdi

DİM ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları açıqladı

27 Avqust 2026 - 12:12
Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

27 Avqust 2026 - 11:58
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub – SİYAHI

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub – SİYAHI

27 Avqust 2026 - 11:48
“PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ…”– “İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki…”

“PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ…”– “İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki…”

27 Avqust 2026 - 11:44
Azərbaycan Prezidenti Maya Sandunu təbrik edib

Azərbaycan Prezidenti Maya Sandunu təbrik edib

27 Avqust 2026 - 11:32
Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib

27 Avqust 2026 - 11:30
Rusiya şirkətinə məxsus iki logistika obyektinə dronlar hücum edib

Rusiya şirkətinə məxsus iki logistika obyektinə dronlar hücum edib

27 Avqust 2026 - 11:25
Bu tarakan bir gün həyatınızı xilas edə bilər

Bu tarakan bir gün həyatınızı xilas edə bilər

27 Avqust 2026 - 11:13
DYP qış mövsümünə hazırlıqla bağlı çağırış edib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib

27 Avqust 2026 - 11:07
Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

Qətərin Baş naziri Hörmüz boğazı müzakirələri üçün İrana gedir

27 Avqust 2026 - 11:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.