“KOBİA tərəfindən mütəmadi olaraq KOB subyektlərinin biznes fəaliyyəti ilə bağlı üzləşdikləri çətinliklərin öyrənilməsi üçün Bakıda və regionlarda sahəvi görüşlər keçirilir. Müvafiq görüşlərin bir neçəsi qadın sahibkarlarla keçirilmiş görüşlərdir”-bu sözləri Elchi.az-a KOBİA- dan məlumat verib.
Eyni zamanda açıqlamada qeyd olunub:”Sözügedən görüşlərdə qadın sahibkarlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı təlimlərə ehtiyacın olması, istehsal olunan məhsul və xidmətlərin satışında çətinlik, maliyyə çatışmazlığı, dövlət dəstək mexanizmləri və tətbiq edilən güzəştlər barədə məlumatlılıq səviyyəsinin aşağı olması və s. kimi çətinliklər qeyd edilib. Qeyd olunan məsələlərin həlli istiqamətində qadın sahibkarlar üçün Agentlik və digər aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir, KOB inkişaf mərkəzləri vasitəsilə təlim və məsləhət xidmətləri göstərilir, sərgi və yarmarkalarda iştiraklarına köməklik olunur, dövlət dəstək mexanizmlərinə istiqamətləndirmə kimi dəstək göstərilir”.
Havar Şəfiyeva