"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Oğru: “…öz qoyunlarını özünə satırdım”

31 Yanvar 2015 - 10:33
in MARAQLI
FacebookVatsap

Faiq Balabəyli

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

“Türmə əhvalatları” layihəsində   Hilal kişinin hekayətlərinə qulaq asmaq hər kəsə nəsib olmazdı. Amma mən onun1421272743 bütün söhbətlərinin qulaq yoldaşı idim. Mənə ürək qızdırırdı, həm də axı onu mən danışdıra bilirdim. Elə ilk gündən qaradinməz adam olan Hilal kişinin nəbzini tutmağı bacarmışdım. Beyləqanın Eyvazalılar kəndindən idi. Ali təhsilliydi, uzun müddət  zootexnik işləmişdi. Sovetlər dönəmində pis yaşamayıb.   “Sonradan isə, dolanışıq çətinləşdi, başlı başını saxladı, mən də zirəng adamam, itib batmadım”, – deyirdi.   Heç olmasa hər ailədən bir nəfər saxlayaydılar   Hilal kişi mal-qoyun oğurluğuna görə həbs olunmuşdu. Narkotik satan, istifadə edən, ev yaran, adam bıçaqlayan məhbuslara yuxarıdan aşağı baxardı. Deyirdi ki, bu, yaxşı hal deyil. Cinayət edən də gərək milli adət-ənənəyə, mentalitetə uyğun cinayət edəsən. Tutulması ilə bağlı isə həmişə:   – Mənə qarşı haqsızlıq olub. Özümlə bərabər 2 oğlumu, bacım oğlanlarını, qardaşım oğlunu da tutublar. Gərək heç olmasa hər ailədən bir nəfər saxlayaydılar, – deyirdi.   Hilal kişi hündürboy, sivriburun, yaşı 70-in həndəvərində fırlanan cəld bir adamdı. Uzun-uzadı söhbət etməyi xoşlamasa da, mənimlə  söhbəti uzun çəkərdi. Bir də görərdin, bacısı oğlunu göndərdi ardımca:   – Get, şairi çağır gəlsin, çay içək.   O, bacısı oğlu ilə birgə tibb məntəqəsində qalardı. Seçimi özü etmişdi:   – Bu uşaq mənə oxşayıb. Bu uşağa görə ataların bəzi sözlərinə inanmışam; qoç igid dayısına oxşayar. Yoxsa bu günün işini sabaha qoyma, deyən atalar çox səhv danışıblar. Bunu deyən hər kimdirsə, bizim Seyid kimi olub. (“Seyid” ayamalı dustaq – Əliyev Nizami, Beyləqan icra hakimiyyəti başçısının müavini olmuşdu. Sayılıb-seçilən, nüfuzlu ailədən idi. Elə özü də kifayət qədər nüfuz sahibiydi. Yalan danışmaqda isə, ona çatan olmazdı.) Hilal kişi deyirdi ki, axırıncı dəfə dəstəsi ilə Haramıya basqın edəndə hiss etdim ki, bizim üçün “zasada” qurulub. Amma o qədər yol gəlmişdik. Dedim, atalar deyib ki, bu günün işini sabaha qoymayaq, gəlmişik, görək nə edirik. Və ilişdik.   Bacısı oğlu ardımca gəldikdə, vaxt tapan kimi, qaldığım otaqdan 2 otaq o tərəfə keçərdim, çay içib, söhbət edərdik.   Onun ailə üzvü olan başqa dustaqlar baraklarda qalırdı. Bir oğlu isə azadlığa çıxmışdı. Hilal arada təəssüf edirdi:   – Kaş bu birini buraxaydılar. O, elə əvvəldən əfəl idi. Gedib çöldə guya nə edəcək ki?   O, elə kişi deyil, halala haram qatmaz   Hilalın mal-qarası, qoyun-davarı xeyli idi. Özü içəridə olsa da, çoban tutmuşdu və mal-heyvana nəzarəti yetərincə idi. Ərzağı, pulu-parası daima vardı. Bic-bic gülüşləri də olardı. Həmin anda xırda, qıyıq göz qapaqları kirpiklərin arasında tamam “kilidlənərdi”.   Söhbətə tutardım, istəyirdim cırnadam, alınmırdı.   – Hilal kişi, sən burdasan, birdən çoban atdı sənə?   – Atmaz, – deyirdi.   Əl çəkmirdim:   – A kişi, axı sən də, uşaqlar da burdadır, hələ neçə il də qalacaqsan, bu çoban da ki… iştaha diş altdadır da, bir də gördün basıb yedi qoyunlarını. Hay da saldı ki, canavar aparıb, xəstələnib, borana düşüb və sair.   – Eləməz, o, elə kişi deyil, halala haram qatmaz. Əmanətə xəyanət etməz, – deyirdi Hilal kişi və xırda-xırda gülürdü.   – Bəs sən niyə edibsən? Camaatın mal-heyvan sürüsünü aparıbsan? Bu da haramdır axı.   Əlini cibinə salardı. Daima oxuduğu yasin surəsini çıxarıb 3 dəfə öpüb gözünün üstünə qoyardı:   – Bu Quran mənə qənim olsun ki, halal adamın malını aparmamışam, aparmaram da. Mən nazirin, prokurorun, pambıqla baş kəsib Haramıda mal heyvan sürüsü saxlayanların yatağına, otlağına girmişəm. Özü də əcəb eləmişəm.   Əsalandırırdı ki, heç kəs halal yolla bu qədər var-dövlət sahibi ola bilməz. Mən də nə pislik eləmişəm ki? Onlardan götürüb yetim-yesirə paylamışam.   Nəyi pisdir ki…   Onun “yetim-yesirləri” öz yaxınları idi. Qardaşı uşaqları, bacısı uşaqları və sair.   – Nəyi pisdir ki, ev-eşik qurublar, evləniblər, əllərinə damazlıq salıb, mal-heyvan sahibi olublar. Yoxsa aclarından öləcəkdilər. Əslində, onlar sevinməli idilər ki, onların sürülərindən gedən 10-15 qotur mal-qoyunla insanlar öz rifahlarını yüksəldir.   Hilal kişi zootexnik olduğu üçün mal-heyvanın dərdini, onlara qulluq qaydalarını yaxşı bilirdi. Bu baxımdan da təsərrüfatı böyük idi. Çobanları haqda isə bunu deyirdi:   – Onlar bunu etməz, çünki halal adamdılar, yoxlamışam və üstlərində nəzarətim var.   Hilal kişi ilə dostluğum onun Seyidə qarşı antipatiyasından sonra başlamışdı. Mən Seyidin olan-olmayan söhbətlərini guya dəqiqləşdirmək üçün Hilaldan soruşurdum. Hilalın ona qarşı çox qəzəbli olduğunu bilirdim. Ondan söz açdıqda:   – Şair, ona baş qoşma. O boyda ağır nəsildən belə adamın çıxması yaxşı hal deyil. Bu adam cavan yaşından vəzifələrdə işləyib. Düz adam olmayıb. Mən də vəzifə sahibi olmuşam. Amma bu, əzazil idi, kolxoz sədri olanda da, sonralar başqa vəzifələrdə çalışanda da tabeçiliyində olanları incidirdi. Seyid olsa da, butulkanın içinə girirdi. İçkidən başı aynımırdı. İndi namaz qılmasına baxma. Çıxan kimi yenə də içəcək.   Gedin pul qazanın   Hilal düz deyirdi. Azadlıqda Seyidlə çox oturub-durduq. Arağa, “ceyran südü” deyib, başına çəkirdi.   Bir də gördün, öz qohum-əqrəbasını yığdı başına, simsar adamları da. Onlara öyüd-nəsihət verdi:   – Nədir boş-boşuna oturubsuz burda. Gedin pul qazanın.   – Haradan qazanaq, necə qazanaq, görmürsən, “zon”dayıq? Narkotik sataq? – cavanlar gileylənirdi.   Bu cavablar Hilal kişinin xoşuna gəlməzdi:   – O işə girişsəz, əlinizi kəsərəm. Narkotik yaxşı əməl deyil. Bax görürsən, dəstə düzəldiblər, pula futbol, voleybol oynayırlar, ştanq qaldırırlar. Siz də qoşulun onlara. Mərc gəlin, nəyi yaxşı bacarırsızsa, aranı qızışdırın, girişin yarışmağa. 1200 dustaq var e burda. Hamısı ağıllı deyil ki, sizdən səfehi olanlar da var. Yenə də gündəlik xərcinizi çıxararsız.   Yediyiniz burnunuzdan gələcək   Hilal kişi Cəzaçəkmə Müəssisəsinin nəzarətçiləri ilə də aranı sazlamışdı. Arada onları tibb məntəqəsinin həyətindəki çay süfrəsinə dəvət edib, öyüd-nəsihət də verirdi:   – Sizin qazandığınız halal deyil, əvvəl-axır yediyiniz burnunuzdan gələcək. Bu dünyada da olmasa, o biri dünyada bunun ağrısını çəkəcəksiz. Allah-taala sizə ona görə göz yumur ki, sizdən yekələr daha çox harama əl qatır. Allah da uşaq deyil ki, deyir, ayıbdır, gərək əvvəl o yekələri tıncıxdıram, sonra sizi. Siz də fürsətdən istifadə edib, binəva dustaqları incidirsiz. Əllərində olan 1-2 manat pulu alırsız. Ayıbdır. Sabah sizi tutsalar, siz öləsiz bu ağacların bir dənə də düz budağı qalmayacaq, hamısını kəsib paz düzəldib çalacaqlar sizə. Bax ona görə də insaflı olun.   Nəzarətçilər çaylarını içər, gedəndə də “Ağsaqqal, bir siqaret pulu ver”, – deyib, 2-3 manatlarını alardılar. Amma əməllərindən əl çəkməzdilər.   Bir dəfə zarafata Hilal kişidən soruşdum:   – Ağsaqqal, böyüyəndə nə olacaqsan?   Sualım ona ləzzət elədi.   – Düz deyirsən, şair, uşaq kimiyəm. Ürəyim kövrəkdir, təmiz adamam, heç kəsin malında gözüm olmayıb, gərək zəmanəyə uyğun adam olum. Mənim kimi təmiz adamlara bu dünyada yer yoxdu.   Bilmirdim məni dolayır, yoxsa həqiqətən özünü saf adam bilir.   Öz qoyununu özünə satırdım   Az keçmirdi ki, söhbəti dəyişirdim və macəralarını nəql edirdi. Nə vaxt kimin qoyun yataqlarına basqın ediblər, aparıb, harda, kimə satıblar və sair.   – Hilal kişi, səndən yaxşı mal-qoyun oğrusu çıxar, bəlkə böyüyəndə bu işlə məşğul olasan? – yenə zarafat edirdim.   – Yox, həvəsdir-bəsdir. Bu dəfə qəssablıq edəcəm. Qoy indi də başqaları oğurlayıb gətirib mənə satsınlar…   Onun ən çox həvəslə danışdığı bir hadisə vardı.   – Sən öl, şair, bir nəfərin qəssab dükanları vardı, həm də çoxlu qoyun-quzusu. Kəsdiyimiz çörək gözümü tutsun, yalan deyirəmsə, onun öz qoyunlarını özünə satırdım. Dostlaşmışdıq. Mən tutulanda kədərləndi, dedi, sən mənim çörək ağacım idin…

Previous Post

Oğru: “…öz qoyunlarını özünə satırdım”

Next Post

Məhəmməd Əmin Rəsulzadənin pedaqoji dünyası

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Məhəmməd Əmin Rəsulzadənin pedaqoji dünyası

Məhəmməd Əmin Rəsulzadənin pedaqoji dünyası

Son xəbərlər

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.