“Obama ukraynalıların ölümündə günahkardır”

🗓 14.11.2014 10:57 ✍️ "Elçi" qəzeti
“Obama ukraynalıların ölümündə günahkardır”
“Tarix bu prezidenti təkcə uğursuz prezident kimi mühakimə etməyəcək”.1415948030   Axar.az xəbər verir ki, Barak Obama barədə sərt sözləri amerikalı senator Con Makkeyn söyləyib.   O, Ukraynaya silah verilməməsinə görə Obamanın məsuliyyət daşıdığını bildirib:   “Putinin etdiklərindən sonra biz hələ də Ukraynanı silahla təmin etmədiyimizi seçicilərə deyəndə, onlar inanmırlar. Onlar ukraynalıların ölməyini sadəcə müşahidə etdiyimizə görə bizi qınayırlar. Tarix Obamanı təkcə uğursuz prezident kimi mühakimə etməyəcək. Obama, həmçinin, günahsız ukraynalıların ölümündə məsuliyyət daşıyır”.  

Bənzər yazılar