ABŞ prezidenti Barak Obama kanadalı həmkarı Castin Tryüdo ilə görüşdə bəyan edib ki, Rusiya və İran Suriya prezidenti Bəşər Əsəd hakimiyyətinin dəstəklənib-dəstəklənməməsi haqqında yekun qərar verməlidir.
Bu barədə “Associated Press”- xəbər verir.
Obamanın sözlərinə görə, Əsəd hakimiyyətdə qalacağı təqdirdə Suriyada vətəndaş müharibəsi dayanmayacaq. Çünki, o legitimliyi qaytara bilməyəcək.
Prezidentin sözlərinə görə, son diplomatik səylərin əsas hədəfi siyasi dəyişikliklərə gətirə biləcək dayaq nöqtəsi yaratmalıdır. Obama, həmçinin qeyd edib ki, tərəflərin heç də hamısının atəşkəs rejiminə əməl etməməsinə baxmayaraq onlar “dinc zonalar” yaradılacağına ümid edirlər.