Obama İŞİD-dən çox, Rusiyadan qorxur?..

🗓 24.09.2014 22:19 ✍️ "Elçi" qəzeti
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ prezidenti Barak Obamanın BMT Baş TURKEY-BLACKSEA-SUMMIT-ECONOMY-PUTIN ERDOGANAssambleyasının 69-cu sessiyasında səsləndirdiyi təhlükələr arasında ikinci yeri Rusiya tutur.
“Birinci yerdə Ebola virusu, ikinci yerdə “Avropada Rusiya təcavüzü”, üçüncü yerdə isə “İslam dövləti” və digər terrorçulardır”, - nazir əlavə edib.
Sergey Lavrovun sözlərinə görə, Barak Obamanın çıxışı sülhməramlı alınmayıb. O, ABŞ prezidentini dünyanın daha azad və təhlükəsiz olması ilə bağlı fikirlərinə inanmadığını da deyib.

Bənzər yazılar