Nigerdə hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər.
Özlərini “Vətənin Mühafizəsi üzrə Milli Şura (VVŞ)” adlandıran bir qrup əsgər qərargahda çəkdikləri və dövlət televiziyası ORTN-də yayımladığı videoda çevriliş bəyanatını oxuyub.
Elchi.az xəbər verir ki, polkovnik-leytenant Amadou Abdramane tərəfindən oxunan bəyanatda, təhlükəsizlik vəziyyətinin pisləşməsi və ölkənin yaşadığı sosial-iqtisadi böhran səbəbindən prezident Məhəmməd Bazumun devrilməsi və konstitusiyanın fəaliyyətinin dayandırıldığı bildirilir.
Açıqlamada saat 22:00-05:00 arasında komendant saatı tətbiq ediləcəyi və bütün sərhədlərin bağlandığı qeyd edilib.Prezident Mohamed Bazoum səhər saatlarında Prezident Mühafizə Alayının elementləri tərəfindən saxlanılıb.
Xalq çevrilişin qarşısını almaq üçün küçələrə çıxıb və Bazumun azadlığa buraxılması üçün etiraz aksiyası keçirib.
Çevrilişin arxasında 10 ilə yaxın Prezident Mühafizə Alayının komandiri vəzifəsində çalışmış general Ömər Çianinin dayandığı bildirilir.İddia olunurdu ki, Bazoum bu yaxınlarda əvvəlki prezident Mahamadou Issoufou dövründə eyni postu tutan Tchianini vəzifəsindən azad etmək istəyir.
1960-cı ildə Fransadan müstəqilliyini qazanan Nigerdə 4 dəfə çevriliş olub, saysız-hesabsız çevriliş cəhdi olub. Ölkədə ən son çevriliş 2010-cu ildə keçmiş prezident Mamadu Tandjaya qarşı olub.
Şayəstə Hüseynova