"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Nuru Paşa Bakıda Çanaqqala qəhrəmanını niyə asdırdı?

15 Sentyabr 2014 - 11:46
in MARAQLI
FacebookVatsap

15 sentyabr tarixi azərbaycanlıların həyatında dönüş yaratmış bir tarixdir. Qafqaz İslam Ordusunun Bakını daşnaklardan təmizləyərək Azərbaycana qaytarmasından 96 il ötür.

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

 

Axar.az həmin tarixi Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə ilə birgə vərəqləyib. Söhbət zamanı professor indiyədək oxuculara məlum olmayan bir sıra faktları açıqlayıb. Onlardan biri diqqətimizi xüsusilə cəlb edib.

 

Ədalət müəllim Qafqaz İslam Ordusunun Bakını azad etməsindən sonrakı ilk günlərdə şəhərdəki durumla bağlı ermənilərin qaldırdığı hay-küyə toxunaraq maraqlı məqamlara işıq salıb:

 

“1921-ci ildə İstanbulda erməni terrorçusu Torlakyanın şəhid etdiyi Behbud ağa Cavanşirin qətli ilə bağlı məhkəmə keçirilərkən həmin məhkəmədə “azəri tələbə Səməndər bəy” şahidlik edib. O, ermənilərin Bakıda törətdikləri vəhşiliyi ifşa edib və Nuru Paşa qoşununun şəhərdə nizam-intizam yaratdığını sübut-dəlillərlə təsdiqləyib”.

 

Qeyd edək ki, məhkəmənin materialları Türkiyədə ayrıca kitab şəklində nəşr olunub və həmin kitabı professor Vilayət Quliyev Azərbaycan türkcəsinə uyğunlaşdıraraq 2008-ci ildə Bakıda “Behbud xan Cavanşirin məhkəmə prosesi” adı altında nəşr etdirib. Ancaq istər Türkiyə, istərsə də Bakı nəşrlərində şahid tələbə Səməndərin kimliyi naməlum qalıb.

 

Bəs Səməndər əslində kimdir?

 

Ə.Tahirzadə müəyyənləşdirib ki, o, Azərbaycan Cümhuriyyəti hökumətinin 1920-ci ildə xaricə oxumağa göndərdiyi 100 tələbədən biri olan Səməndər Axundzadədir. Səməndərin atası Axund Zəki Hacızadə uzun illər Qubanın qazisi işləyib və çox mütərəqqi ruhanilərdən biri olub; məsələn, qız məktəbinin açılmasında Hacı Zeynalabdin Tağıyevə dəstək verib.

 

“Səməndər Axundzadə Almaniyada – Frayberq şəhərində Dağ-Mədən Akademiyasında oxuyaraq oranı bitirib. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra uzun müddət xaricdə oxuyan tələbələrimiz təqaüd ala bilməyib və olduqca ağır həyat keçiriblər. Almaniyada oxuyanlar 1921-ci ilin mayında Səməndəri başqa bir tələbə ilə birlikdə Bakıya nümayəndə kimi göndəriblər. Onlar Azərbaycana gələrək hökumət başçılarına vəziyyəti izah ediblər. Hökumət Bəhram bəy Axundovu xaricdə oxuyan bütün tələbələrin vəziyyəti ilə tanış olmaq üçün müvəkkil təyin edərək Avropaya göndərib və ona müəyyən miqdarda valyuta malları (xalça, kürü və s.) ayırıb ki, sataraq pullarını tələbələrə versin. Səməndər Axundzadə və tələbə yoldaşı da Bəhram bəy Axundovla birgə Avropaya geri dönüb. Onlar Batuma, oradan İstanbula gəliblər”.

 

Könüllü şahid erməniləri susdurdu

 

İstanbulda iki ay yarım ləngiməli olublar. Burada öyrəniblər ki, Behbud xan Cavanşir şəhid edilib və indi bununla bağlı məhkəmə prosesi keçirilir. Həmin məhkəmədə ittiham şahidlərinin üçüncüsü “azəri tələbə Səməndər bəy”dir. O, könüllü şəkildə ifadə verməyə gedib və məhkəmədə cəsarətli, ağıllı və məntiqli çıxışlarıyla erməni tərəfini susdura bilib, onları çətin duruma salıb.

 

Vilayət Quliyevin nəşr etdiyi kitabdan aşağıdakıları oxuyuruq:

 

Səməndər Axundzadə prokurorun suallarına cavabda deyir: “Adım Səməndərdir. Azərbaycan türklərindənəm. 1918-ci ilin mart ayında Bakıda idim. Təqribən 3-4 ay Bakıda qaldıqdan sonra İstanbula gəlmək məqsədilə oranı tərk etdim. Hazırda Sirkəçidə, Rəşidiyyə otelində qalıram”.

 

1918-ci ilin martında  Bakıda ermənilərin müsəlmanları qırdıqlarını öz gözləri ilə gördüyünü söyləyən S.Axundzadə 1918-ci ilin sentyabrında Türkiyə qoşunları Bakıya girməzdən öncə şəhərin təslim edilməsi üçün əhali arasında 2 dəfə elan yaydığını bildirir və o zaman şəhər üzərində nəzarətin ermənilərin, Daşnaksütun partiyasının əlində olduğunu deyir. O, türklər gələndən sonra şəhərdə qayda-qanun yaradıldığını və əhalidən silahların yığıldığını söyləyir:

 

“Mən də əhalidən əllərdə olan silahları toplayanların arasında olduğumdan, xalqın bütün silahları təhvil verdiklərini gördüm”.

 

Canaqqaladakı əsgər niyə edam edildi?

 

S.Axundzadə söyləyir ki, Nuru Paşanın təyin etdiyi şəhərin yeni polis baş müdiri Bəhaəddin bəy erməni mənzilinə girmək istəyən üç müsəlmanı, talançılıq edən əsgəri yerindəcə güllələyib, başqa bir soyğuncu əsgəri teleqraf dirəyindən asdırıb və üstündə də ermənicə və rusca bu sözləri yazdırıb:

 

“Bu əsgər Çanaqqalada savaşdı. Millətin təhlükəsizliyini təmin etdi. Qalitsiyaya getdi. Oradan da şərəflə döndü. İndi edam olundu, çünki bir erməni evindən bir dəst camaşır götürmüşdü”.

 

Şahid Səməndər Axundzadənin bu dediklərinin məhkəmə üçün böyük əhəmiyyəti vardı, çünki ermənilər 1918-ci ilin sentyabrında türklər gələrkən Bakıda ermənilərin kütləvi şəkildə qırılması haqqında hay-küy qaldırmışdılar, S.Axundzadənin ifadələri isə bunun əksini göstərir, türklərin necə qayda-qanun yaratdığını sübut edirdi.

 

“Sizin haqqınız yoxdur”

 

Erməni vəkillə onun arasında bu cür sorğu-sual gedir:

– Məşğuliyyətiniz?

–        Tələbəyəm.

–        Hansı ixtisas üzrə təhsil alırsınız?

–        Dağ-Mədən Akademiyasında oxuyuram.

–        Mədən nə deməkdir?

–        Mədənin nə demək olduğunu bilirəm.

–        Mən də sizi imtahan etmək istəyirəm.

–        Sizin məni imtahan etməyə haqqınız yoxdur.

–        …Maraqlıdır, hələ də 1918-ci ilin martında ermənilərin müsəlman qırğını törətməsi məsələsində israr edirsiniz?

–        Bəli, israr edirəm. 1918-ci ilin martında ermənilər müsəlmanları qətlə yetirdilər”.

 

Bundan sonra S.Axundzadə ermənilərin xəyanətləri haqqında danışır, onların Müsəlman Milli Şurasının sədri Əlimərdan bəy Topçubaşovla görüşərək müsəlmanlarla bolşeviklər döyüşəcəyi halda ermənilərin bitərəf qalacağını bəyan etdiklərini, ancaq az keçməmiş bolşeviklərlə birgə müsəlmanları qırdıqlarını bildirir.

 

Tələbə erməni vəkili susdurdu

 

Erməni tərəf Behbud xanın qatili Torlakyana haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxır. Onunla S.Axundzadə arasındakı söhbətin bu hissəsi də maraq doğurur:

 

Erməni vəkil:

–        …Halbuki burada ittiham olunan şəxsin (Torlakyanın) bütün ailəsini sizin adamlarınız məhv etmişlər. Lakin siz ifadənizdə həmin hərəkəti artıq həyatda olmayan adamların adı ilə bağlamağa çalışdınız.

 

–        Mən bura gəldim. Atam da, anam da sağdırlar, yaşayırlar. Lakin siz bir dəfə Bakıya gedib hər şeyi öz gözünüzlə görün. Orada elə bir ev, elə bir yuva tapmayacaqsınız ki, yandırılmamış, uçurulmamış, yaxud ailə üzvlərindən birini itirməmiş olsun”.

 

Axundzadəni anası həbsdən xilas etdi

Ədalət Tahirzadə  azəri şahidin bir fotoşəklini bizə bağışladı və bildirdi ki, Səməndər Axundzadə təhsilini bitirib Azərbaycana qayıtdıqdan sonra bütün həyatını maarifə həsr edib:

 

“Onu 1933-cü ildə ÇK həbs edib, ancaq Qubada böyük nüfuzu olan anası Seyid Məsumə xanım Bakıya gələrək birbaşa Mircəfər Bağırovun yanına girib və oğlunu da, onunla birgə həbs edilənləri də buraxdırıb”.

 

Səməndər Axundzadənin övladları da atalarına layiq şərəfli insanlar olub. Məsələn, ikinci oğlu Sənan Axundov Bakı Kondisioner Zavodunun ilk baş direktoru, 1982-1987-ci illərdə yerli sənaye naziri, 1987-1990-cı illərdə Moskvada Azərbaycanın səlahiyyətli nümayəndəsi, sonra isə Dövlət Standartlaşdırma Komitəsinin sədri vəzifəsində çalışıb.

1 / 5

StartStop

 

Previous Post

Nuru Paşa Bakıda Çanaqqala qəhrəmanını niyə asdırdı?

Next Post

Yol Polisindən Bakı merinin “protiv” sürüşünə – REAKSİYA (Video)

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Yol Polisindən Bakı merinin “protiv” sürüşünə – REAKSİYA (Video)

Yol Polisindən Bakı merinin “protiv” sürüşünə – REAKSİYA (Video)

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.