Məşhur müğənni keçmiş “Sevgilim”ə qayıtdım
Tanınmış müğənni Nura Suri ehtirasla dolu klipini nümayiş etdirib.
ANS PRESS-in məlumatına görə, müğənni 8 il çəkdirdiyi “Sevgilim” klipini yeni versiyada təqdim edib.
Həmin illərdə bugünki kimi məşhur olmayan müğənninin klipi ona uğur gətirmişdi. “Sevgilim” mahnısının yeni versiyasını Muxtar Abseynovun aranjeman edib. Klipin yeni versiyası isə Hafiz İsmayılın yeni montaj üslubunda yığılıb.
Müğənni yeni layihəsində keçmiş yaradıcılığına nəzər salmaq qərarına gəldi. Hansı ki, həmin illərdə gənc müğənni yerli şou-biznesin tələblərinə heç də uyğun gəlmirdi, çünki daha müasir, klub musiqisi ifa edirdi.
2007-ci ildə müğənni Ramal İsrafilovun bəstəsi olan “Sevgilim” mahnısına müğənni böyük risk edərək xeyli büdcəsi olan müassir klip çəkdirmişdi. Klipdə bahalı avtomobil, yaxta, hovuz kənarında şam yeməyi, gecə klubu, dəbdəbəli həyat təsvir edilir. Klipin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyevdir. Mahnının ilkin aranjeman versiyasi Rustəm Rzayeva aid idi.
Klipin yeni versiyası BMF Youtube kanalında yayımlanır.
ANS PRESS