"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Novxanıda hotellərin bir günlük qiyməti 80, Milanda isə 60 manatdır

01 İyun 2016 - 10:47
in XƏBƏR LENTİ
FacebookVatsap
Novxanıda hotellərin bir günlük  qiyməti 80, Milanda isə 60 manatdır

Ekspert: “Hər hansı potensial bir turist oturub kompüterində bu qiymətlərə baxsa, Novxanıya gələrmi?”

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

“Azərbaycana bu yay turist axını ola bilər”. Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Yeni Müsavat”a açıqlamasında səsləndirib. Nazir qeyd edib ki, Azərbaycan bu yay çoxlu sayda turist qəbul etməyi planlaşdırır və bunun üçün lazım olan tədbirlər görülüb. 
Ə. Qarayevin fikrincə, turistlərin əksəriyyəti Rusiya vətəndaşları olacaq: “Biz məhz buna görə Rusiyada təmsilçilik açırıq, sərgilərdə iştirak edirik. Qiymətlər də onları qane edir. İndi bəzi ölkələr rusiyalı turistlərin üzünə bağlı olduğuna görə onlar yeni məkanlar axtarırlar. Azərbaycan da onlar üçün əvəzolunmaz məkandır. Orada alternativ axtarılırsa, Azərbaycan öz xidmətlərini təqdim etməyə hazırdır. Biz də bunu etmişik”.
Bəs görəsən, həqiqətənmi bu il ölkəyə gələn turist sayı ötən illərlə müqayisədə daha çox olacaq? Azərbaycanda qiymət və xidmət səviyyəsi bunu deməyə əsas verirmi? Hazırkı turizm potensialımız turist axınını qarşılamağa  imkan verirmi? 
“Yeni Müsavat”ın suallarını cavablandıran turizm sahəsi üzrə ekspert isə hesab edir ki, ruslar Türkiyəyə yalnız Rusiyadan yox, başqa ölkələrdən, məsələn, Belarusdan gedəcəklər: “Azərbaycanın mədəniyyət naziri bu il turist sayının çox olacağını deyirsə, yəqin ki, hansısa məlumatlara əsaslanır. Ancaq mən düşünmürəm ki, belə axın olsun. Niyə? Çünki rəqabətə davamlılıq baxımından biz hələ ki öndə deyilik. Qonşu Rusiya, Şimali Qafqaz, yaxud Gürcüstanda qiymətlər bizimlə müqayisədə daha ucuzdur.  Mən düşünmürəm ki, buraya ötən ilkindən fərqli böyük bir axın olsun. Əgər olsa, çox sevinərəm, nazir haqlı çıxar, mən səhv etmiş olaram. Təbii ki, turistlər  gələcəklər, ancaq bu axın olmayacaq. Mən bu haqda danışmağa çətinlik çəkirəm. Bəlkə nazirin konkret faktları var ki, hansısa amillər yaranıb. Ancaq bunun üçün bir neçə şərt var. Çox yaxşı reklam olmalıdır. Biz hələ indi turizmlə bağlı reklamlara başlayırıq. Lakin bunu yanvar ayından etmək lazım idi. İkincisi, qiymətlər münasib olmalıdır. Siz booking.com saytına baxın, Novxanıda hotellərin bir günlük qiyməti 80 manata, Milanda 60 manata, Londonda isə  55 manatadır. Hər hansı potensial bir turist oturub kompüterində bu qiymətlərə baxsa, Novxanıya gələrmi? Əlbəttə, yox”.
 
Ekspertin fikrincə, turizm sektorunun inkişafı üçün rəqabətə davamlılıq, qiymətlərin münasib olması, xidmətlərin cəlbedici olması vacib şərtdir: “Turist təsadüfən bir dəfə gələr, ancaq gəlib burada servisi, qiymətləri görəndən sonra qonşu Gürcüstanla müqayisə edər, sonra qərar verər ki, gələn il Gürcüstana getsin. Rəqabətə davamlılıq önəmlidir. Novxanıda bir gecəsi 80 manata olan hoteldə bəlkə də imkanlı adamlar qalacaq, ancaq əhalinin böyük əksəriyyəti o imkanlarından istifadə etmək imkanına malik deyil. Ona görə də sadə insanlar Gürcüstana üstünlük verəcək, çünki qiymətlər aşağıdır. Məndə olan məlumatlara görə indi orada da qiymətlər qalxıb, ancaq yenə də bizə baxanda onlarda aşağıdır. İstənilən turist və ya yerli vətəndaş ilk növbədə qiymətlərə baxır. Turizm iqtisadi rəqabətdir. Əgər sən bu üstünlükləri verirsənsə, səni seçəcəklər. Çox güman ki, nazir daha məlumatlıdır və hesab edir ki, belə bir şərait var. Yaşayıb görərik. Sentyabr ayında bir təhlil edərsiniz, görək bu deyilənlər nə dərəcədə həqiqətə uyğundur. Hələ ki bizim qiymətlər rəqabətə davamlı deyil, servisdə də üstünlüyümüz yoxdur. Hansı əsasla biz gözləməliyik ki, Rusiyadan buraya axın olacaq. Rusiya Gürcüstanı seçəcək, Abxaziyanı seçəcək. Dəniz, kənarı orada da var, dənizləri bizimkindən də təmizdir. Turizm çoxfaktorlu sahədir. Buna geniş mənada yanaşmaq lazımdır. Biz də arzu edirik ki, axın olsun, ancaq reallığa baxmalıyıq”.
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, bu il turist axınının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir: “Manatın məzənnəsinin düşməsindən sonra Azərbaycanda turizm sektorunun qiymət rəqabətliliyinin güclənməsi səbəbindən turistlərin sayı arta bilər. Rusiyalı turistlərin Türkiyəyə gedə bilməməsi səbəbindən Azərbaycana üz tutanların sayında artım olacağı gözlənilir. Rusiyanın  turizm şirkətlərinin açıqlamalarında da qeyd olunur ki, ötən illə müqayisədə bu il Azərbaycana satılan turpaketlərin sayında 90 faiz artım müşahidə olunub. Bu da onu göstərir ki, həqiqətən Rusiyadan Azərbaycana turist axını çox olacaq. Düzdür,  turizm sektoru inkişaf edir, ancaq tam olaraq rəqabətə cavab verəcək səviyyədə deyil. Turizm sənayesi zəif inkişaf edib, xidmət səviyyəsi müasir tələblərə cavab vermir. Bölgələrdə turizm sektoru həm Türkiyəyə, həm də Rusiyaya görə zəif inkişaf edib. Bu istiqamətdə işlərin sürətləndirilməsinə ehtiyac var”.
Rəşad Həsənovun sözlərinə görə, əvvəllər turizm sektoru dövlət sifarişlərinə  arxayın olduğu üçün istirahət mərkəzləri arasında rəqabət formalaşmayıb: “Azərbaycanda əvvəllər turizm sektoru dövlət tərəfindən yönəldilən turistlərə köklənirdi. Xüsusilə hotellər öz xidmətlərini dövlət sifarişləri üzərində qururdular. Bu baxımdan qiymətlər həddindən artıq çox idi, keyfiyyətə o qədər də diqqət yetirilmirdi. Amma hazırda dövlət xərclərinin ixtisar edilməsi nəticəsində bu sifarişlərin azalması bu sahədə müəyyən sıxıntılara səbəb olub. Artıq hiss olunur ki, turizm sektorunda rəqabət formalaşmağa başlayır. Bununla bağlı yeni təkliflər, yeni mexanizmlərin hazırlanmasına, təşviq proqramlarının həyata keçirilməsinə ehtiyac var. Azərbaycan turizmi öz işini bazar prinsipləri üzərində quran bir sektora çevrilməlidir. Hazırda turistlərin daşınması ilə bağlı problem var. AZAL müəyyən ucuz reyslərin təşkil olunması ilə bağlı işlər görür. Ancaq bu uçuşların təşkili elə qurulub ki, daha çox Azərbaycandan xaricə turist aparmağa xidmət edir, nəinki Azərbaycana turist gətirməyə. Bu istiqamətdə strategiyaya yenidən baxmağa ehtiyac var.  Başqa bir məqam da odur ki, bu il Azərbaycana turist axını olsa, sürətlə qiymət bahalaşmasına səbəb olacaq. Bu isə növbəti illərdə həmin turistlərin yenidən Azərbaycan gəlməsinə əngəl törədən amillərdən birinə çevriləcək”.
Previous Post

Novxanıda hotellərin bir günlük qiyməti 80, Milanda isə 60 manatdır

Next Post

Çin ABŞ-a görə hava səddi çəkir

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Çin ABŞ-a görə hava səddi çəkir

Çin ABŞ-a görə hava səddi çəkir

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.