Novruz Məmmədov Obamaya irad tutdu

🗓 26.09.2014 12:11 ✍️ "Elçi" qəzeti
 Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz img1633916Məmmədov ABŞ prezidenti Barak Obamanın Azərbaycanda QHT-lərlə bağlı vəziyyəti tənqid etməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, N. Məmmədov öz “Twitter” səhifəsində yazıb: “Prezident Obamanın sözləriylə desək, yerlər var ki, orada bir müxalifət partiyası, bir QHT belə yoxdur, orada demokratiyadan və insan haqlarından danışmaq olmaz. Amma o yerlər Qərbin “strateji tərəfdaşı”dır, qəzetləri də, TV-ləri də, QHT-ləri də susurlar... Maraqlıdır”.

Bənzər yazılar