Norveçli alpinist Kristin Harila “8000 metrdən yuxarı istənilən dağa dırmaşan ən sürətli qadın” olmaq üçün siyahısında sonuncu olan Ço Oyu zirvəsinə qalxıb.
Elchi.az xəbər verir ki, “The Kathmandu Post”un xəbərinə görə, Harila bir il ərzində 8000 metrdən yuxarı 14 zirvənin hamısına qalxaraq ispan alpinistinin 8 il 3 aylıq rekordunu qırıb.
Harila aprelin 26-da Çinin Tibet Muxtar Bölgəsindəki 14-cü ən yüksək dağ olan Şişapanqmaya qalxdıqdan bir həftə sonra dünyanın altıncı ən hündür zirvəsi olan Himalaydakı Ço Oyu dağına qalxıb.
Kəşfiyyat səfərini idarə edən Nepalli şirkəti olan Summit Treks, Harilanın mayın 3-də yerli vaxtla saat 11.35-də sammitə çatdığını təsdiqlədi.
2022-ci ildə Harila 12 zirvəni fəth etdi və “Everest və Lhotse dağlarını 12 saatdan az müddətdə fəth edən ən sürətli qadın” kimi dünya rekordunu qırdı.Lakin qalan iki dağa qalxmaq üçün icazə tələbi Çin hakimiyyəti tərəfindən rədd edildi.
Nuranə Məmmədova