İsrailin İrana hücumlarının kölgəsində Norveç səfirinin Tel-Əvivdəki iqamətgahına əl qumbarası atılıb.
Elchi.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar sosial media hesabında bağına qumbara atılan Norveçin Tel-Əviv səfiri Per Egil Selvaaqla telefonla danışdığını açıqlayıb.
Hücumu qınadığını ifadə edən Saar, İsrail polisinin hücumun faillərini ən qısa zamanda tapıb qanuna təhvil verəcəyinə inandığını dilə gətirib.
Digər tərəfdən, İsrail mətbuatında yer alan xəbərlərə görə, Norveç Xarici İşlər Nazirliyi yazılı açıqlamada hücumda heç bir işçinin xəsarət almadığını əlavə edib.
İsrailin 2023-cü il oktyabrın 7-də başlayan Qəzzaya hücumlarından sonra Norveç 2024-cü ilin mayında Fələstin dövlətini tanımaq qərarına gəlib. Buna cavab olaraq İsrail Xarici İşlər Nazirliyi Norveçin Fələstin məsələlərini idarə edən diplomatlarının diplomatik statusuna xitam verib.
Şayəstə Hüseynova


















