Soyqırım İsrail ordusunun Qəzzada humanitar yardım gözləyən dinc sakinlərə atəş açması nəticəsində azı 34 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan WAFA-nın məlumatına görə, Qəzza zolağının şimalındakı Şuhada qovşağının yaxınlığında humanitar yardım almaq ümidi ilə gözləyən fələstinlilər İsrail ordusunun hücumuna məruz qalıb.
Nusayrat Qaçqınlar Düşərgəsindəki Avde Xəstəxanası hücumda ölən 23 nəfərin cəsədinin, onlarla yaralının xəstəxanaya aparıldığını bildirib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən alınan məlumata görə, İsrail təyyarələrinin Qəzza zolağının mərkəzindəki Deyr əl-Balah şəhərində bir evi hədəf alması nəticəsində 11 nəfər həyatını itirib.
Meyitlər Əl-Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
Şayəstə Hüseynova

















