İranın paytaxtı Tehranda İsrailin hücumlarda istifadə etdiyi 2 pilotsuz uçuş aparatının (PUA) vurulduğu açıqlanıb.
Elchi.az xəbər verir ki, Mehr Xəbər Agentliyi İnqilab Keşikçiləri Komandanlığının yazılı açıqlamasını yayıb.
Açıqlamaya görə, Tehranın cənubundakı Şehri Rey rayonunda kamikadze tipli PUA və Tehran Neft Emalı Zavodu ərazisində bir mini İHA zərərsizləşdirilib.
İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə
İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə ordunun yüksək komandanlığını, eləcə də digər nüvə obyektlərini hədəfə alaraq irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub.
İranın Səhiyyə Nazirliyi iyunun 15-də İsrailin hücumlarında mülki vətəndaşların ümumi itkilərinin 224, yaralıların sayının isə 1277 nəfəri keçdiyini açıqlayıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib. Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.
Şayəstə Hüseynova
















