Çərşənbə günü, fevralın 28-də Norveçin qərbində altı nəfəri daşıyan helikopterin okeana düşdüyü və göyərtəsində olanların hamısının daha sonra dənizdən çıxarıldığı bildirilir.
Elchi.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bölgənin ən böyük xəstəxanası olan Haukeland Universiteti Xəstəxanası qəzada yaralanan 6 xəstənin hamısının müalicə olunduğunu, lakin onların sağlamlıq vəziyyətinin hazırda bəlli olmadığını bildirib.
Polis sözçüsü jurnalistlərə açıqlamasında helikopterin qəza zamanı axtarış və təlim missiyasında olan Sikorsky S-92 modeli olduğunu, hadisənin səbəbi barədə danışmaq üçün hələ tez olduğunu bildirib.
ABŞ və Yaponiya “F-35” üçün raket istehsalı barədə razılığa gəlib
Yaponiyanın müdafiə naziri Şinciro Koizumi Pentaqonun rəhbəri Pit Heqset ilə Yaponiya ərazisində "F-35" qırıcıları üçün "AMRAAM" raketlərinin yekun yığılması obyektlərinin...





















Son şərhlər