Norveç kralı V Harald infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Elchi.az xəbər verir ki, bu barədə Kral ailəsindən verilən açıqlamaya görə, 85 yaşlı Kral infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirilib və antibiotik müalicəsi alır.
Kral V Haraldın vəziyyətinin stabil olduğu və bir neçə gün paytaxt Osloda xəstəxanada qalacağı açıqlanıb.
Norveç kralı avqustun 4-də qızdırması səbəbindən Oslo Universitetinin xəstəxanasına aparılıb.
Martın 22-də COVID-19-a yoluxan kral bir neçə günlük vəzifəsinə ara verdi və yerinə oğlu və taxtın varisi Şahzadə Haakon keçdi.
Üç doza COVID-19 peyvəndi olan Kral V Haraldın son illərdə səhhətində bir neçə problem var idi və 2020-ci ildə ürək qapağı əməliyyatı keçirdi.
Şayəstə