"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

NK-nın qərarı: problem artacaq, maşın bahalaşacaq

31 Mart 2023 - 08:52
in XƏBƏR LENTİ
FacebookVatsap

Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq ediləcək yeni məhdudiyyət əslində ölkəmizdə avtomobilləşmə prosesini yavaşıtmağa yönələn addım kimi qiymətləndirilməlidir.

Bunu da oxuyun

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Lənkəran rayonunda zəlzələ olub

Elchi.az xəbər verir ki, “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Nazirlər Kabinetinin Qərarı ilə bağlı bu sözləri hüquqşünas Ərşad Hüseynov qeyd edib.

Ekspert qərarın gözlənilən səviyyədə müsbət nəticələr vermə ehtimalının olmadığını bildirib:

“Bu qərar avtomobilləşmə prosesini bir az ləngidəcək, idxal edilən avtomobillərin sayı azalacaq. Amma qərarın hədəflədiyi ictimai faydalı nəticələrin gözlənilən səviyyədə olması inandırıcı deyil. Hətta əksinə, bəzi məqamlarda yeni sualların ortaya çıxması mümkündür”.

O qeyd edib ki, ötən ilin sentyabr ayından başlayaraq Bakı küçələrində tıxaclar daha sürəkli xarakter alıb:

“ETSN-in keçirdiyi monitorinqlərin nəticəsi kimi havada dəm qazının, azot oksidlərinin və bəzi başqa zərərli maddələrin normadan xeyli çox olduğu barədə verilən məlumatlar hamının yadındadır. Həmin məlumatlarda nəqliyyat vasitələri zərərli maddələrin əsas mənbəyi kimi göstərilir. Nazirlər Kabineti qəbul etdiyi qərarın şərhində əsas məqsədin göstərilən problemin həlli olduğunu bildirib.

Bu məsələdə ciddi bir səhvə yol verilir. Ölkəmizdə əhali sayına nisbətdə avtomobillərin sayı çox deyil (təxminən hər 100 nəfərə 14 avtomobil düşür). Əsas problem fərdi avtomobillərdən istifadə səviyyəsinin yüksək olmasıdır. Səbəb isə ictimai nəqliyyatın bərbad olması, fərdi mobillik üsullarından (velosiped və ona bərabər yerdəyişmə vasitələrindən) çox az istifadə edilməsidir. Ona görə də son qərarın ölkəmizdə ekoloji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracağını, yol hərəkəti təhlükəsizliyinə ciddi töhfə verəcəyini, yollarda tıxacları azaldacağını düşünmək doğru deyil. İzahı da çox sadədədir. Qərarın verilməsindən sonra insanlarımız ölkəmizdə hazırda istismar edilən köhnə avtomobillərdən daha bərk yapışacaqlar, çünki onları yeniləmək şansı xeyli azaldı. Nəqliyyat ehtiyaclarını qarşılayan başqa varint da yoxdur. Bu, köhnə avtomobillərin daha uzun müddət istismar edilməsini stimullaşdıracaq. Əgər bu qərar səmərəli və əlverişli utilizasiya proqramı ilə eyni vaxtda verilsə və icra edilsəydi, köhnə avtomobillərin azalması ehtimalı real olardı. İndiki şəraitdə isə daxili avtoparkda köhnə avtomobillərə ehtiyacın artacağını düşünmək olar. Hətta bu qərar köhnə avtomobillərin bazarda bahalaşmasına da stimul verəcək (bazardakılar belə məsələlərə çox həssas yanaşırlar)”.

Hüquqşünas nəqliyyat sisteminin inkişaf etdirilməsinin neqativ nəticələri azaltmağın və aradan qaldırmağın yeganə yolu olduğunu deyib:

“Mobilliyini ictimai nəqliyyat hesabına təmin edə bilməyən insanlar xaricdən nisbətən az istifadə edilən (yaşı 10-dan az olan) avtomobil gətirməyə meyillənəcəklər. Onlar isə daha bahadır. Nəticədə ölkəmizdən xaricə avtomobil alışı üçün valyuta axını arta bilər.

Qısası, ölkədə avtomobillərin ekoloji zərərli təsirini azaltmağın, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmağın, yollarımızda tıxacları azaltmağın və aradan qaldırmağın yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. Bütün sərmayələr ilk olaraq buna yönəldilməlidir. Buna paralel olaraq əhali üçün cəlbedici və səmərəli utilizasiya da həyata keçirilsə, insanlar köhnə avtomobillərdən inzibati qərarlarla deyil, hətta könüllü olaraq imtina edərlər.

Nazirlər Kabinetinin dünən qəbul etdiyi qərar 30 gün sonra qüvvəyə minir. Gömrük Komitəsinin verdiyi məlumatdan aydın olur ki, 29 mart tarixinədək xarici ölkələrdən müvafiq ödəniş sənədləri (müqavilə, hesab-faktura və s.) ilə maşın alan şəxslərin avtomobili göstərilən 30 gündən sonra ölkəyə gəlib çıxsa, bu qayda onlara şamil edilməyəcək. Amma yaşı 10-dan çox olan avtomobil 29 mart tarixindən sonra alınsa və həmin avtomobil 29 aprelədək Azərbaycana gəlib çıxmasa, ölkəyə buraxılmayacaq”.

Previous Post

NK-nın qərarı: problem artacaq, maşın bahalaşacaq

Next Post

Sankt-Peterburqda dünyanın ən yoluxucu xəstəliklərindən biri yayılır

Bənzər yazılar

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə...

Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Elchi.az- a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib....

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb. Elchi.az IRIB-yə istinadən xəbər verir...

Next Post
Sankt-Peterburqda dünyanın ən yoluxucu xəstəliklərindən biri yayılır

Sankt-Peterburqda dünyanın ən yoluxucu xəstəliklərindən biri yayılır

Sankt-Peterburqda dünyanın ən yoluxucu xəstəliklərindən biri yayılır

Sankt-Peterburqda dünyanın ən yoluxucu xəstəliklərindən biri yayılır

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.